İngiltərə Premyer Liqası: “Liverpul” – “Mançester Siti” oyununda qalib müəyyənləşməyib
Bakı, 10 mart, AZƏRTAC
İngiltərə Premyer Liqasında XXVIII turun növbəti oyunları keçirilib.
AZƏRTAC xəbər verir ki, turun mərkəzi matçı “Liverpul” və “Mançester Siti” komandaları arasında baş tutub. Görüş qollu heç-heçə ilə yekunlaşıb - 1:1.
Hesabı 23-cü dəqiqədə qonaqların heyətində Con Stouns açıb. Matçın 50-ci dəqiqəsində Aleksis Mak Allister penaltidən fərqlənərək oyunun yekun nəticəsini müəyyənləşdirib.
Günün digər qarşılaşmalarında “Tottenhem” “Aston Villa”ya 4:0, “Brayton” “Nottingem Forest”ə 1:0 hesabı ilə qalib gəlib. “Vest Hem” – “Börnli” görüşü isə qollu heç-heçə başa çatıb - 2:2.
Qeyd edək ki, bu nəticələrdən sonra xallarını 64-ə çatdıran “Liverpul” 2-ci, 63 xallı “Mançester Siti” üçüncü pillədədir. Turnir cədvəlinə 64 xalla “Arsenal” başçılıq edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [15:09]
Azərbaycan atletləri Beynəlxalq Xankəndi Ultramarafonunda 3-cü yeri tutublar
- 09.10.2026 [14:47]
İspan mütəxəssis: Məşqçi kimi yetişməyimdə “Sabah”ın böyük rolu olub
- 09.10.2026 [14:15]
Azərbaycan Olimpiya Həmrəyliyi Forumunda təmsil olunur
- 09.10.2026 [13:37]
Zelim Kotsoyev Bakıdakı dünya çempionatını medalsız başa vurub
- 09.10.2026 [11:55]
AMADA "Kəpəz" klubunda seminar keçirib
- 09.10.2026 [11:46]
İngiltərə klubunun sahibi komandanın satışını nəzərdən keçirir
- 09.10.2026 [11:10]