İngiltərə Premyer Liqası: “Liverpul” son dəqiqələrdə qələbəni əldən verib
Bakı, 28 noyabr, Nicat Məmmədov, AZƏRTAC
Noyabrın 28-də futbol üzrə İngiltərə Premyer Liqasının 10-cu turunun növbəti oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, son çempion “Liverpul” səfərdə “Brayton” komandasını qəbul edib. Görüş 1:1 hesabı ilə başa çatıb. Oyunda hesabı Mersessayd təmsilçisi açıb. Oyunun 60-ci dəqiqəsində Dioqu Jota fərqlənib. Matçın son dəqiqəsində meydan sahibləri hesabı bərabərləşdirib. Hakimin təyin etdiyi penaltini Paskal Qross dəqiq yerinə yetirib.
Bu nəticədən sonra xal ehtiyatını 21-ə çatdıran “Liverpul” turnir cədvəlində ikinci pillədə, “Brayton” isə 10 xalla 16-cı yerdə qərarlaşıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [13:41]
“Turan” voleybol komandası “Fənərbağça” ilə qarşılaşacaq
- 01.10.2026 [11:56]
İdman tarixində bu gün: Pele futbolçu karyerasını başa vurub
- 01.10.2026 [11:19]
Azərbaycan klubu amerikalı basketbolçunu heyətinə qatıb
- 01.10.2026 [10:56]