ELM VƏ TƏHSİL
“İnklüziv təhsildən inklüziv cəmiyyətə” mövzusunda beynəlxalq konfransın təşkilat komitəsinin növbəti iclası keçirilib
Bakı, 6 mart, AZƏRTAC
Bakı Slavyan Universitetində (BSU) “İnklüziv təhsildən inklüziv cəmiyyətə” (İTİC-2024) II beynəlxalq elmi-praktik konfransın təşkilat komitəsinin növbəti iclası baş tutub.
Universitetdən AZƏRTAC-a bildirilib ki, iclasda konfransın bölmə rəhbərlərinin, fəxri qonaqlarının müəyyənləşdirilməsi məsələləri müzakirə olunub. Eyni zamanda, redaksiya heyətinin müəyyənləşdirilməsi və konfransın regional bölməsinin təşkili məsələləri ilə bağlı təkliflər verilib. Konfransın formatının universitetlərarası müzakirə platforması kontekstində faəliyyəti ilə bağlı produktiv müzakirə aparılıb.
Qeyd edək ki, konfransa məqalə qəbulu martın 16-dək [email protected] ünvanı vasitəsilə həyata keçirilir.
Konfransda iştirak və tezislərin tərtibi qaydaları ilə bağlı ətraflı məlumatı universitetin rəsmi saytından əldə etmək olar.