Azərbaycan Dövlət İnformasiya Agentliyi

İnsan resurslarının inkişafı strategiyasının hədəfləri konkret nəticələr əldə etməkdir

İnsan resurslarının inkişafı strategiyasının hədəfləri konkret nəticələr əldə etməkdir

Bakı, 27 sentyabr, AZƏRTAC

Vergilər Nazirliyi insan resurslarının təkmilləşdirilməsi, peşəkar kadr hazırlığının daha yüksək səviyyəyə qaldırılması məsələsinə xüsusi diqqətlə yanaşır. 2017-ci ildə də bu məsələ milli vergi sistemində prioritet fəaliyyət istiqamətlərindən biri kimi müəyyənləşdirilib.

Nazirliyin İnsan resursları departamentinin baş direktoru Faiq Şahbazovun AZƏRTAC-a müsahibəsi də bu aktual mövzuya həsr olunub.

- Faiq müəllim, Vergilər Nazirliyinin insan resurslarının idarə edilməsi sahəsində həyata keçirdiyi siyasət indi daha çox aktuallaşıb. Bu nə ilə bağlıdır?

- Müasir dövrdə hər bir ölkənin vergi inzibatçılığının səmərəli təşkili inzibatçılığın müxtəlif sahələrində informasiya-kommunikasiya texnologiyalarının ən son nailiyyətlərinə və müasir idarəetmə üsullarına əsaslanan bilik menecmentinin tətbiqini zəruri edir. Azərbaycan iqtisadiyyatının yeni inkişaf istiqamətləri, biliklərə əsaslanan müasir iqtisadiyyatın qurulması vergi xidməti qarşısında da yeni vəzifələr müəyyən edir və onların sırasına müasir korporativ idarəetmə sisteminin qurulması da daxildir. Bu baxımdan, Vergilər Nazirliyinin apardığı islahatların bir qismi müasir vergi inzibatçılığında bilik menecmentinin və texnologiyaların rolunun artırılmasına yönəldilib.

Vergi orqanlarının fəaliyyəti günün tələblərinə uyğun olaraq durmadan yenilənir, təkmilləşdirilir. Bu isə həmin yenilikləri, dəyişiklikləri icra edəcək resursların, xüsusən insan resurslarının inkişafını tələb edir. Bu inkişafın sistemli, planlı və ardıcıl şəkildə təşkil edilməsi məqsədilə vergilər nazirinin 15 avqust 2017-ci il tarixli əmri ilə “2017-2019-cu illərdə Azərbaycan Respublikasının dövlət vergi orqanlarında insan resurslarının inkişaf Strategiyası” təsdiq edilib.

Strategiya hazırlanarkən insan resurslarının idarə edilməsi sahəsində vergi orqanlarının təcrübəsi, ümumi dövlət qulluğunda hazırda gedən proseslər, qabaqcıl beynəlxalq təcrübə (xüsusilə 2014-2016-cı illərdə Avropa İttifaqının “İnsan resurslarının inkişafı sahəsində Azərbaycan Respublikasının Vergilər Nazirliyinə dəstək” “Tvinninq” layihəsi çərçivəsində öyrənilmiş təcrübələr) nəzərə alınıb.

- “2017-2019-cu illərdə Azərbaycan Respublikasının dövlət vergi orqanlarında insan resurslarının inkişaf strategiyası”nın əsas missiyası nədən ibarətdir?

- Təbii ki, hər hansı təşkilatın istənilən sahə üzrə qəbul edilən strategiyasının başlıca bir missiyası var. Bu, təşkilatın qarşısında duran məqsədlərə yüksək səviyyədə nail olmaqdır. Vergi orqanlarında insan resurslarının inkişaf strategiyası potensiallı kadrları vergi orqanlarına cəlb etmək və saxlamaq, kadrların bilik və bacarıqlarından təyinatı üzrə və məqsədyönlü şəkildə istifadə etmək yolu ilə vergi orqanlarının fəaliyyətində səmərəliliyin artırılması missiyasını daşıyır.

- Strategiya üzrə hansı tədbirlərin görülməsi planlaşdırılır?

- Strategiyanın Tədbirlər Planında bir çox işlərin görülməsi nəzərdə tutulub. Bunların sırasında prioritet istiqamətlər kimi vergi orqanlarına işə qəbul və vakant vəzifələrin tutulmasının təkmilləşdirilməsi, rəhbər vəzifəli şəxslərin potensialının planlı və sistemli şəkildə artırılması, vəzifələrin qruplaşdırılaraq ümumi standartlarının hazırlanması, əməkdaşların yerdəyişməsi (rotasiya) mexanizminin və qaydalarının təkmilləşdirilməsi, işçilərin peşəkarlığının artırılması tədbirlərinin gücləndirilməsi, fəaliyyətin qiymətləndirilməsinin yeni mexanizminin yaradılması və nəticələrə uyğun motivasiya sisteminin qurulmasını göstərmək olar. Həmçinin insan resurslarının idarə edilməsi sahəsində mövcud hüquqi aktların təkmilləşdirilməsi və sistemləşdirilməsi, kadr məlumatlarının informasiya sisteminin təkmilləşdirilməsi, insan resurslarının inkişafı sahəsində digər qurumlarla əlaqələrin və beynəlxalq əməkdaşlığın genişləndirilməsi, insan resursları ilə iş sahəsində təbliğat və maarifləndirmə işlərinin gücləndirilməsi də diqqət mərkəzində olan istiqamətlərdəndir.

- Strategiya hansı dövrü əhatə edir?

- Strategiya üçün iki il yarımlıq müddət müəyyən edilib. Məlum olduğu kimi, dünyada insan resurslarının idarə edilməsi sahəsində yanaşmalar durmadan dəyişir, xüsusən iqtisadi profilli dövlət orqanları qarşısında yeni məqsədlər və hədəflər yaranır. Bu isə insan resurslarının yeni yanaşmalara, məqsəd və çağırışlara uyğunlaşdırılmasını tələb edir. Odur ki, daha uzunmüddətli strategiya özünü doğrultmaya bilərdi. Məhz bütün bunlar nəzərə alınaraq, strategiyanın 2017-2019-cu illəri əhatə etməsi nəzərdə tutulub.

- Strategiyanın icrasının nəticəsindən əsas gözləntilər nədən ibarətdir?

- Gözləntilərimiz çoxdur. İlk növbədə, insan resurslarının idarə edilməsinin kadrların seçimindən başladığını nəzərə alsaq, ayrı-ayrı sahələr üzrə vergi orqanlarının spesifik kadr tələbatlarını müəyyən etmək və kadrların işə qəbulunu, yerdəyişməsini və yüksəlişini bu tələblərə uyğun həyata keçirmək nəzərdə tutulub.

Dünyada proseslər sürətlə gedir, yeni informasiya mənbələri və texnologiyaları yaranır, tendensiyalar durmadan dəyişir. Bu isə əməkdaşların dəyişiklik və yeniliklərlə ayaqlaşması, onların bilik və bacarıqlarının daim təkmilləşdirilməsi zərurətini yaradır. Odur ki, daha bir gözləntimiz də əməkdaşların peşəkarlığının fasiləsiz olaraq artırılmasıdır. Peşəkarlığın artırılması prosesi tədricən könüllü formaya keçməli, əməkdaşlar özünüinkişafda maraqlı olmalıdırlar. Bunun üçün isə, təbii ki, onların motivasiyası gücləndirilməli, yeni həvəsləndirmə mexanizmləri işlənib hazırlanmalıdır. Qeyd edilənlər strategiyanın icrasının gözlənilən nəticələrindəndir.

İnsan resurslarının idarə edilməsi sahəsində görülən işlərin bir-biri ilə sıx əlaqələndirilməsi, məsələn, işçilərin yuxarı vəzifələrə irəli çəkilməsinin təlim-təhsil prosesləri ilə əlaqəsinin gücləndirilməsi də vacib məqamlardandır.

İnsan resurslarının inkişafına sərf olunan resurslar əldə etdiyimiz nəticələrə adekvat olmalıdır. Odur ki, insan resurslarının inkişafına yatırılan “investisiyanın” yüksək səviyyədə geriyə dönüşünün təmin edilməsi əsas məqsədlərimizdən biridir.

Gördüyünüz kimi, gözləntilərimiz kifayət qədər iddialıdır. Onlar təkcə insan resurslarının idarə edilməsi strukturlarının deyil, eləcə də bütün əməkdaşların, əsasən rəhbər vəzifəli şəxslərin xüsusi səyini və əməkdaşlığını tələb edir. Ümid edirəm ki, biz qarşıya qoyduğumuz məqsədlərin gerçəkləşdirilməsinə maksimum dərəcədə nail olacağıq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Fransanın dövlət borcu antirekord həddə çataraq 3,6 trilyon avroya yaxınlaşıb

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq

Sabah yağıntılar kəsiləcək

Azərbaycanın qastroturizm imkanları İtaliyada beynəlxalq festivalda təqdim olunub

İnkişaf mühərrikləri yalnız enerji və maliyyədən ibarət deyil – professor İlham Məmmədzadənin təhlili

Lənkəranda episentrdə 3 bala qədər hiss edilən zəlzələ olub

“Sabah” Çempionlar Liqasının ev oyunları üçün paket biletlərin satışını başa çatdırır

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

Türkiyədə muzeyləri ziyarət edənlərin sayı rekord səviyyəyə çatıb

Torpaq koordinatlarının tanıdılması xidməti elektronlaşdırılıb

Rusiya 1 milyon rubldan artıq nağd vəsaitin Azərbaycana göndərilməsini məhdudlaşdırıb

Sülh və sabitliyin möhkəmləndirilməsi və regional kommunikasiyaların inkişafı əsas prioritetlər sırasındadır - RƏY

“Qərbi Azərbaycan əzəli və əbədi Azərbaycan torpağıdır” mövzusunda açıq dərslər təşkil olunub

Məşhur futbolçu mövsümün sonunda karyerasını başa vuracaq

Dünya Kuboku öncəsi Su İdman Sarayında gənc üzgüçülər üçün ustad dərsi keçirilib

Azərbaycanın iqtisadi inkişafında yeni mərhələ üçün geniş imkanlar formalaşıb - ŞƏRH

Mark Rutte: NATO raketdən müdafiə sistemlərini gücləndirir

“Azərbaycan Respublikasının Gömrük Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və “Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 20 fevral tarixli 358-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 16 mart tarixli 622 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Fernando Alonso “Aston Martin”lə müqaviləsinin müddətini uzadıb

Şahlar Şərifov: Nizami yaradıcılığı gənclər üçün mühüm düşüncə mənbəyidir

AMADA Londonda keçirilən beynəlxalq tədbirdə təmsil olunub

Azərbaycan, Türkiyə və Özbəkistan təlimləri: hərbi əməkdaşlıqda yeni mərhələ- ŞƏRH

Azərbaycan məhsulları Ciddədə “The Saudi Food Show 2026” sərgisində nümayiş olunur

Avropanın iri şəhərlərində kirayə haqqının maaşda payı nə qədərdir?