“Intel” İsrail tarixinə ən böyük investisiya qoyan beynəlxalq şirkət kimi düşəcək
Bakı, 18 iyun, AZƏRTAC
ABŞ-ın çip istehsalçısı “Intel” İsrail iqtisadiyyatına 25 milyard dollardan çox sərmayə qoymağı planlaşdırır.
AZƏRTAC xəbər verir ki, bu barədə İsrailin baş naziri Benyamin Netanyahu bildirib.
O, özünün tviter səhifəsində yazıb: "İntel” İsrailə böyük sərmayə yatıracaq. Bu heyrətamiz nailiyyət münasibətilə İsrail iqtisadiyyatını təbrik edirəm. 90 milyard NIS (təxminən 25,3 milyard dollar) İsrail tarixində beynəlxalq şirkət tərəfindən ən böyük investisiyadır".
İsrail Maliyyə Nazirliyi qeyd edib ki, investisiya Kiryat Qatda 2027-ci ildə açılmalı və ən azı 2035-ci ilə qədər fəaliyyət göstərməli olan yeni çip istehsalı müəssisəsinin tikintisinə yönəldiləcək. Razılaşmanın şərtlərinə görə, hazırda İsraildə 5 faiz dərəcəsi olsa da, “Intel” 7,5 faiz vergi ödəməlidir. Yeni obyekt bir neçə min İsrail vətəndaşını işlə təmin edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [12:33]
Çində robotlar arasında basketbol yarışı keçiriləcək
- 30.09.2026 [12:06]
Fransada alıcılıq qabiliyyəti kəskin zəifləyir
- 30.09.2026 [10:50]
Paris prokurorluğu 2027-ci il büdcəsi ilə bağlı mətbuata sızmaları araşdırır
- 30.09.2026 [07:38]
ABŞ Kubaya qarşı sanksiyaları sərtləşdirib
- 30.09.2026 [07:03]
Pentaqon “Boeing” şirkəti ilə 20 milyard dollarlıq müqavilə imzalayıb
- 30.09.2026 [06:31]