“İNTER” FUTBOL KOMANDASI AZƏRBAYCAN ÇEMPİONUDUR
AZƏRTAC xəbər verir ki, Bakının “İnter” futbol komandası tarixində ilk dəfə Azərbaycan çempionu titulunu qazanmışdır.
Futbol klubu bu uğura son turda “Qəbələ” üzərində 4:0 hesabı ilə qələbə qazanmaqla nail olmuşdur.
Qeyd edək ki, ölkə çempionatının qızıl medallarını qazanmağa Bakının “Olimpik” komandası daha yaxın idi. Lakin son tura qədər çempionatın lideri olan klub həlledici oyunda “Qarabağ”a 0:1 hesabı ilə uduzmuş və gümüş medallarla kifayətlənməli olmuşdur.
Son tur çərçivəsində keçirilən “Xəzər-Lənkəran”-“Simurq” görüşü 1:1 hesabı ilə başa çatmışdır. “ABN Bərdə” komandası isə “Neftçi” ilə görüşə gəlmədiyi üçün flaqmana texniki qələbə verilmişdir. “Neftçi” 55 xalla 3-cü, “Xəzər-Lənkəran isə 52 xalla mövsümü dördüncü pillədə başa çatdırmışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [19:57]
Azərbaycanın U-21 millisi yoxlama oyununda Qırğızıstana uduzub
- 09.06.2026 [19:24]
Azərbaycanın U-20 millisi pakistanlı həmyaşıdlarına qalib gəlib
- 09.06.2026 [19:08]
Dünya çempionatı: Azərbaycanın çövkən millisi Çili ilə heç-heçə edib
- 09.06.2026 [18:40]
Osloda Norveç Azərbaycan diasporunun ilk şahmat turniri baş tutub
- 09.06.2026 [18:13]
Azərbaycanın U-17 yığması Qazaxıstana minimal hesabla uduzub
- 09.06.2026 [17:47]
DÇ-2026-da hansı komandalar gözləntiləri doğrultmaya bilər? - SƏBƏBLƏR
- 09.06.2026 [17:16]