İNTERNATIN İSTİLİK PROBLEMİ HƏLL EDİLMİŞDİR
İnternat 8 il əvvəl açılmışdır. Burada əqli və fiziki cəhətdən qüsurlu 235 uşaq təhsil alır və yaşayır. Lakin bütün bu illər ərzində qış mövsümündə binanın qızdırılmaması ciddi problem idi. Uşaqlar tez-tez xəstələnir, bir çoxunun xəstəliyi xroniki hal alırdı.
Ötən ilin dekabrında şəhər icra hakimiyyətinin başçısı internata gəldi, vəziyyətlə tanış oldu. Qısa müddət ərzində vəsait tapıldı, qazanxana quraşdırıldı. Beləliklə, müqəddəs Qurban bayramı günü internat uşaqları sözün həqiqi və məcazi mənasında isindilər.
Açılış mərasiminə gələn qonaqlar sinif və yataq otaqlarını, idman salonunu gəzdilər, “Şən startlar” yarışlarına tamaşa etdilər.