“İPƏK YOLU”NUN İLK ÇIXIŞI BAKI MUSİQİ AKADEMİYASINDA OLMUŞDUR
ABŞ Dövlət Departamentinin təhsil və mədəniyyət əlaqələri bürosunun qrantı hesabına ABŞ-ın Azərbaycandakı səfirliyinin, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin, digər təşkilatların dəstək verdiyi “İpək yolu” layihəsinin Bakı proqramına uyğun olaraq, BMA tələbələri üçün mədəniyyət mübadiləsi və ustad dərsləri aparılmışdır. Tədbirdə BMA-nın rektoru, xalq artisti, professor Fərhad Bədəlbəyli çıxış edərək, dünyanın tanınmış musiqiçilərindən olan Yo–Yo Ma və onun rəhbərlik etdiyi ”İpək yolu” ansamblı ilə görüşün akademiyanın həyatında əlamətdar hadisə olduğunu bildirmişdir.
Konsert proqramı BMA-nın tələbə simfonik orkestrinin ifasında Üzeyir Hacıbəyovun “Koroğlu” operasından “Uvertüra” ilə başlanmışdır. Professor-müəllim heyəti və tələbələr tərəfindən hərarətlə qarşılanan “İpək yolu” layihəsinin yaradıcısı və direktoru, eyniadlı ansamblın bədii rəhbəri violonçel ustası Yo-Yo Ma Azərbaycanın görkəmli sənətkarı, bəstəkar-pianoçu, xalq artisti Firəngiz Əlizadə ilə onun “Muğamsayağı” əsərini ifa etmişdir. Xalq artisti Alim Qasımov və qızı Fərqanə bir sıra ölkələrin musiqi alətlərinin təmsil olunduğu ansamblın müşayiəti ilə “Kor ərəbin” mahnısını, “Şikəstə” ifa etmişlər. Ansambl repertuarına daxil olan “Mavi” süitanı, iki “Qaraçı rəqsi”ni və digər əsərləri təqdim etmişdir.
Görüşdə ansamblın üzvləri tələbələri maraqlandıran sullara cavab vermiş, fikir mübadiləsi aparılmışdır.