İQDIR SƏRHƏD QAPISINDAN NAXÇIVANA GEDƏN TÜRKİYƏ VƏTƏNDAŞLARININ SAYI AZALMIŞDIR
İqdır səlahiyyətliləri bu azalmanı Türkiyə hökumətinin sərhədi keçərkən öz vətəndaşlarına tətbiq etdiyi 50 dollar məbləğində rüsumla əlaqələndirirlər. “Dilucu” gömrük məntəqəsindən alınan məlumata görə, buradan Naxçıvanın “Sədərək” gömrük məntəqəsinə hər gün giriş-çıxış edən minə yaxın sərnişinin əksəriyyəti Azərbaycan vətəndaşıdır. Gömrük işçiləri son 3 ayda bu məntəqədən 45018 nəqliyyat vasitəsinin, 38236 Türkiyə vətəndaşının və 140736 Azərbaycan vətəndaşının keçdiyini qeydə almışlar.