“İqtisadi islahatlar” elmi-analitik jurnalının altıncı nömrəsi çapdan çıxıb
Bakı, 25 iyun, AZƏRTAC
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) tərəfindən hazırlanan “İqtisadi islahatlar” elmi-analitik jurnalının altıncı nömrəsi nəşr olunub.
AZƏRTAC xəbər verir ki, jurnalın bu nömrəsində “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” təhlil olunub, “Neft-qaz sənayesinin dayanıqlı inkişafında ekoloji problemlər”, “Azərbaycan investisiya fəallılığının artırılmasının bəzi aspektləri”, “Gəlirlər və sosial siyasətin tənzimlənməsinin elmi-praktiki məsələləri”, “Xarici ticarətin iqtisadi artıma təsiri”, “Azərbaycanda büdcə xərclərinin emal sektorunun inkişafına təsiri”, “Milli iqtisadiyyatın inkişafının müasir xüsusiyyətləri”, “Kənd ərazilərinin inkişafında aqrar sahibkarlığın sosial məsuliyyətinin bəzi aspektləri”, “Ailə gəlirlərinin nəsilvermə əmsalına təsiri”, “Azərbaycanda turizmin iqtisadi inkişafa təsirinin araşdırılması”, “Dövlət xərcləri və iqtisadi artım arasındakı əlaqə: dörd Şərqi Afrika ölkəsinin timsalında”, “Publik hüquqi şəxslərin iqtisadi mahiyyəti, mühasibat uçotu və maliyyə hesabatlarının təşkili” kimi aktual mövzuları əhatə edən elmi-analitik məqalələrə yer alıb.
Qeyd edək ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təsisçisi olduğu “İqtisadi islahatlar” jurnalına Azərbaycan, ingilis
və rus dillərində yazılan məqalələri onlayn qaydada təqdim etmək mümkündür: https://journal.ereforms.org/az/submit-article