İqtisadiyyat naziri Özbəkistan-Azərbaycan birinci regionlararası forumunda iştirak edəcək
Bakı, 23 fevral, AZƏRTAC
Fevralın 24-də Daşkənddə Özbəkistan-Azərbaycan birinci regionlararası forumu keçiriləcək.
AZƏRTAC xəbər verir ki, forumda Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Özbəkistanın investisiyalar, sənaye və ticarət naziri Laziz Kudratov da iştirak edəcəklər.
Tədbir çərçivəsində Özbəkistan-Azərbaycan İşgüzar Şurasının 3-cü iclası, eləcə də sahibkarların ikitərəfli görüşləri keçiriləcək.
Forum Özbəkistanın İnvestisiya, Sənaye və Ticarət Nazirliyi, Azərbaycanın İqtisadiyyat Nazirliyi, Özbəkistan Ticarət və Sənaye Palatası və Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) dəstəyi ilə təşkil olunacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [15:23]
Üçüncü rübdə Energetika Nazirliyi tərəfindən 149 icazə verilib
- 08.10.2026 [14:02]
Çindən Azərbaycana dəmir yolu ilə daşınan blok-qatarların sayı 40 faiz artıb
- 08.10.2026 [14:02]