İqtisadiyyat Nazirliyi də “Evdə qal, evdə yarat” təşəbbüsünə qoşulur
Bakı, 11 aprel, AZƏRTAC
İqtisadiyyat Nazirliyi Mədəniyyət Nazirliyinin və “Kreativ Azərbaycan” Portalının elan etdiyi “Evdə qal, evdə yarat” təşəbbüsünə qoşulur və iqtisadi sahədə fəaliyyət göstərən, eyni zamanda, xüsusi istedadi və yaradıcı bacarığı olan vətəndaşları bu aksiyaya qoşulmağa dəvət edir.
Bu barədə AZƏRTAC-a İqtisadiyyat Nazirliyindən bildirilib.
Qeyd edək ki, təşəbbüs çərçivəsində insanlar evdə olduğu müddətdə yaradıcı bacarıqlarından istifadə edərək hazırladıqları kreativ məhsulu (rəsm əsəri, video, şeir, musiqi və sair) izləyiciləri ilə “#EvdəQalEvdəYarat” həştəqi ilə, həmçinin “Kreativ Azərbaycan” portalının “Facebook” səhifəsini (fb.com/creative.az) qeyd (tag) edərək paylaşır və yaradıcılığı ilə pozitiv hislərə köklənərək virusla mübarizəni gücləndirir. Ən çox bəyənilən paylaşımların müəllifləri dəyərli hədiyyələr qazanmaq imkanı əldə edəcəklər.
“Evdə qal, evdə yarat” təşəbbüsü ilə bağlı ətraflı məlumatı bu link vasitəsilə əldə etmək mümkündür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [21:47]
Bakının iki ərazisində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
- 13.10.2026 [21:03]
Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq
- 13.10.2026 [19:06]
Mərkəzi Bank: Sığorta sektorunun zərərlilik dərəcəsi artıb
- 13.10.2026 [19:04]
Birinci yarımildə investisiya şirkətlərinin aktivləri 123 milyon manat olub
- 13.10.2026 [19:01]
Mərkəzi Bank: İpoteka portfeli üzrə QİK əmsalı aşağı səviyyədədir
- 13.10.2026 [18:55]
AMB: Bank sektoru üzrə kredit riskləri idarə olunan səviyyədədir
- 13.10.2026 [18:15]
Təkrarsığortaya ötürülən təkrarsığorta haqları 74 milyon manat olub
- 13.10.2026 [18:14]
Mərkəzi Bank: Əhalinin borc yükü artıb
- 13.10.2026 [18:13]