İrakli Kobaxidze: Seçkilərdə müxalifət qalib gəlsə, Gürcüstan yenidən müharibəyə cəlb olunacaq
Tbilisi, 25 iyul, AZƏRTAC
Oktyabrın 26-da keçiriləcək parlament seçkilərində müxalifət qalib gəlsə, Gürcüstan yenidən müharibəyə cəlb olunacaq. Bununla da Gürcüstan Ukraynadan da acınacaqlı vəziyyətə düşəcək.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib.
O qeyd edib ki, Ukraynada hərbi əməliyyatlar başlayandan sonra ölkə daxilindəki müxalifət, Ukrayna rəhbərliyi, eləcə də bəzi ölkələr Gürcüstanı münaqişə zonasına hərbi personal göndərməyə çağırıb. Lakin Gürcüstan hökuməti buna imkan verməyib.
"Gürcüstan hakimiyyəti ölkənin yenidən müharibəyə cəlb olunmaması, sülh və sabitlik şəraitində yaşaması üçün əlindən gələni edib. İnanıram ki, gürcü xalqı da ölkənin yenidən müharibəyə cəlb olunmaması üçün oktyabrın 26-da düzgün seçim edəcək”, - deyə Kobaxidze vurğulayıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [16:27]
Efiopiyada Tiqray silahlıları Mekele hava limanını ələ keçiriblər
- 23.09.2026 [16:01]
Qazaxıstan mərciməyi Azərbaycandan keçməklə Hindistana göndərib
- 23.09.2026 [15:47]
Qəzzanın bərpası üçün 2,45 milyard dollarlıq plan hazırlanıb
- 23.09.2026 [15:37]
İstanbulun minillik şahidi – Dikilitaş VİDEO
- 23.09.2026 [15:12]
Papa XIV Leonun səfərinin maliyyələşdirilməsi Fransada problemə çevrilib
- 23.09.2026 [15:01]