İrakli Qaribaşvili: Azərbaycan ilə Ermənistan arasında əldə edilən humanitar anlaşma presedenti olmayan hadisədir
Tbilisi, 25 iyun, AZƏRTAC
ABŞ-ın dəstəyi və Gürcüstanın vasitəçiliyi ilə Azərbaycanla Ermənistan arasında əldə edilən humanitar anlaşma presedenti olmayan hadisədir. Bu anlaşma bölgədə balanslaşdırılmış və tarazlı siyasətin nəticəsidir. Bu, həmçinin regionda sülh və əmin-amanlığın möhkəmləndirilməsinə xidmət edir.
AZƏRTAC xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili parlamentdə illik hesabatı təqdim edərkən deyib.
Onun sözlərinə görə, Gürcüstan bölgədə balanslaşdırılmış siyasətini davam etdirir. Rəsmi Tbilisi üçün əsas prioritet qonşu ölkələrdə sülh və sabitliyin hökm sürməsidir.
Baş nazir qeyd edib ki, Gürcüstan bundan sonra da bölgədə sabitlik və sülhə nail olunması prosesində iştirak etməyə hazırdır.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.08.2026 [13:38]
Azərbaycan səfiri etimadnaməsini Qazaxıstan Prezidentinə təqdim edib
- 18.08.2026 [13:43]
Rusiya səfiri Azərbaycan XİN-ə çağırılıb
- 17.08.2026 [17:33]