İran Azərbaycan və Ermənistana aviareysləri bərpa edib
Bakı, 21 sentyabr, AZƏRTAC
Azərbaycan lokal xarakterli antiterror tədbirlərindən sonra İranın Mülki Aviasiya Təşkilatı ölkəmizə və Ermənistana aviareysləri bərpa edib.
AZƏRTAC İSNA-ya istinadla xəbər verir ki, Mülki Aviasiya Təşkilatının sözçüsü Cəfər Yazerlu aviareyslərin ötən gecədən bərpa olunduğunu bildirib. O əlavə edib ki, uçuşların qadağan edilməsi sərnişinlərin təhlükəsizliyi ilə əlaqədar idi.
C.Yazerlu qeyd edib ki, ötən gün ləğv olunmuş aviareyslərin sərnişinlərinin hüquqları təmin olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [13:11]
Azərbaycanda kalsinasiya və anodbişirmə zavodu tikiləcək
- 23.09.2026 [12:39]