İran Hörmüz boğazındakı internet kabellərinin hədəfə çevrilə biləcəyini açıqlayıb
Bakı, 20 oktyabr, AZƏRTAC
İran Hörmüz boğazından keçən sualtı internet kabellərinin mümkün hərbi qarşıdurma zamanı hədəfə çevrilə biləcəyi barədə xəbərdarlıq edib.
AZƏRTAC xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) sözçüsü bildirib.
Onun sözlərinə görə, müharibə baş verəcəyi təqdirdə, Tehranın cavabı daha sərt olacaq və yeni silah növlərindən istifadə ediləcək.
SEPAH sözçüsü qeyd edib ki, Hörmüz boğazından qlobal internetin fəaliyyəti və kommersiya məlumatlarının ötürülməsi üçün mühüm əhəmiyyət daşıyan yeddi əsas sualtı kabel keçir. O, bu infrastrukturun mümkün hədəflər sırasında ola biləcəyinə diqqət çəkib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.10.2026 [19:01]
İspaniyanın Əndəlus şəhərində qatar faciəsi ilə bağlı matəm elan edilib
- 28.10.2026 [18:47]
“Frontex” sosial şəbəkələrdə miqrasiya ilə bağlı paylaşımları izləyəcək
- 28.10.2026 [17:57]
İtaliyanın Sardiniya adasında uzunömürlülüyün sirləri araşdırılıb
- 28.10.2026 [17:32]