İran ilə Rusiyanın din və ictimai-siyasi xadimləri videokonfrans keçiriblər
Tehran, 7 noyabr, AZƏRTAC
İran ilə Rusiyanın bir sıra din və ictimai-siyasi xadimləri Avropanın bəzi ölkələrində Məhəmməd Peyğəmbərin təhqir olunmasına kəskin etirazlarını bildiriblər.
AZƏRTAC xəbər verir ki, videokonfransda İranın Rusiyadakı səfiri Kazım Cəlali, Konstitusiyanın Müdafiəsi Şurasının üzvü Müctəid Şəbüstəri, Rusiya tərəfdən isə Moskva İslam Universitetinin rektoru Dəmir Xeyrəddinov, Volqoqrad şəhərinin müftisi Müqəddəs Bəbirov, Moskva şəhərinin müftisi Anar Rzayev və başqaları iştirak ediblər.
Müzakirələr zamanı qeyd olunub ki, terror aktı törədənlər müsəlman deyil. Cinayəti törədənlər qanun qarşısında cavab verəcəklər. Lakin Avropanın bəzi dövlətlərində İslama qarşı təbliğatın aparılması, müqəddəs adların təhqir olunması və belə təxribatın dövlət başçısı səviyyəsində müdafiə edilməsi terror aksiyalarına səbəb olur.
Diqqətə çatdırılıb ki, söz və fikir azadlığı heç də müqəddəs insanları təhqir etmək demək deyil. Bu məfhumlardan sui-istifadə edilir və nəticələri göz qabağındadır.
Konfrans iştirakçıları birgə bəyanat qəbul edərək Avropada islamofobiyanın yayılmasına son qoyulmasını tələb ediblər.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [14:00]
Gürcüstan ilə Avropa Şurası arasında münasibətlər yenidən gərginləşə bilər
- 21.09.2026 [13:08]
Misirdə müxtəlif dövrlərə aid qədim məzarlar aşkarlanıb
- 21.09.2026 [12:18]
İran aviaşirkətləri Gürcüstana uçuşları dayandırıb
- 21.09.2026 [12:16]
"Vahid Rusiya" ilk dəfə Dövlət Dumasında ən böyük fraksiyaya sahib olacaq
- 21.09.2026 [12:12]
SEPAH ABŞ-yə məxsus MQ-1 pilotsuz uçuş aparatının vurulduğunu açıqlayıb
- 21.09.2026 [11:56]