İran koronavirusla mübarizə üçün BVF–dən 5 milyard dollar kredit istəyib
Tehran, 12 mart, AZƏRTAC
İranda koronavirusa yoluxanların sayı 10075-ə ölənlərin sayı isə 430-a çatıb.
AZƏRTAC xəbər verir ki, bu barədə İranın Səhiyyə Nazirliyində yaradılmış operativ qərargahdan bilidiriblər. Məlumatda qeyd olunur ki, son 24 saat ərzində virusa 75 adam yoluxub. Bununla yanaşı, 3 minə yaxın adam xüsusi xəstəxanalarda müalicə alaraq sağalıblar.
İranın Mərkəzi Bankının sədri Əbdülnasir Himməti koronavirusa qarşı aparılan mübarizənin səmərəsini artırmaq məqsədilə Beynəlxalq Valyuta Fondundan (BVF) 5 milyard dollar kredit istəyib.
Ə. Himmətinin BVF-nun rəhbəri Kristina Laqarda ünvanladığı məktubda deyilir ki, fond virusla mübarizə üçün 50 milyard dollar vəsait ayırıb. İranda virusun geniş yayılması və ABŞ-ın sanksiyaları nəzərə alınmaqla 5 milyard kreditin verilməsi istənilib.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [14:09]
İsveçdə işsizlik səviyyəsi azalıb
- 15.10.2026 [14:03]
Ukrayna ordusu altı bombardmançı təyyarəni məhv edib
- 15.10.2026 [13:56]
Türkiyənin Konstitusiya Məhkəməsi 26 siyasi partiyadan şikayətlər verəcək
- 15.10.2026 [13:50]
Alimlər 2100-cü ilədək bəşəriyyət üçün ən böyük 17 təhlükəni açıqlayıblar
- 15.10.2026 [13:05]
Eritreya vətəndaşlarının Böyük Britaniyaya girişi qadağan edilə bilər
- 15.10.2026 [12:42]