İran mətbuatı Azərbaycan Prezidenti İlham Əliyevin xalqa müraciətinə geniş yer ayırıb
Tehran, 9 noyabr, AZƏRTAC
İran mətbuatı Prezident İlham Əliyevin Azərbaycanın qədim şəhəri olan Şuşanın işğaldan azad edilməsi münasibətilə xalqa müraciəti və bəyanatlarına geniş yer ayırıb.
AZƏRTAC xəbər verir ki, İranın “Tasnim news”, İRNA, “Entekhab”, “Fararu”, “Borna news”, “Khabaronline” saytları Prezident İlham Əliyevin xalqa müraciətinə istinad edərək, Şuşa şəhərinin Azərbaycan Ordusu tərəfindən azad edildiyini bildirib.
“Fararu” saytı isə AZƏRTAC-a istinad edərək, Prezident İlham Əliyevin çıxışının videosunu yerləşdirib.
Qeyd olunub ki, Azərbaycan Prezidenti Dağlıq Qarabağın tamamilə işğaldan azad olunacağını bəyan edib. Bunun üçün Azərbaycanın gücü və qüdrəti yetərlidir.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran