İran özünün ilk hipersəs ballistik raketini nümayiş etdirib
Bakı, 6 iyun, AZƏRTAC
İran ölkədə istehsal olunan ilk hipersəs ballistik raketini nümayiş etdirib. Beləliklə, İslam Respublikası hipersəs texnologiyasına malik dördüncü ölkə olub.
AZƏRTAC xəbər verir ki, tədbirdə İran Prezidenti İbrahim Rəisi, İslam İnqilabı Keşikçiləri Korpusunun komandanı general-mayor Hüseyn Salami və aerokosmik qüvvələrin komandanı briqada generalı Əmir Əli Hacızadə iştirak edib.
Düşmənin raketdən müdafiə sistemlərindən yan keçə, atmosferdə və onun xaricində manevr edə bilən “Fəttah” raketinin uçuş məsafəsi 1,4 min kilometrə, sürəti saatda 15,9 min kilometrə çatır.
Noyabr ayında Əmir Əli Hacızadə iranlı mütəxəssislərin hipersəs raketi hazırlamağa nail olduğunu elan etsə də, Pentaqon buna şübhə ilə yanaşmışdı.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [13:24]
Yunanıstan BMT-nin Təhlükəsizlik Şurasına sədrlik etməyə başlayıb
- 01.10.2026 [13:08]
ABŞ-nin sutkalıq neft hasilatı 14 milyon barelə çatır
- 01.10.2026 [12:58]
Birləşmiş Ştatların neft ehtiyatları artır
- 01.10.2026 [12:51]
Qazaxıstanda yaşlı əhalinin sayı 2,9 milyona yaxınlaşıb
- 01.10.2026 [12:39]