İRAN PARLAMENTİNİN SƏDRİ NÜVƏ PROBLEMİNDƏ ABŞ-IN MÖVQEYİNİ TƏNQİD ETMİŞDİR
O bildirmişdir ki, Vaşinqton İranın atom enerjisindən dinc məqsədlərlə istifadə etmək hüququnu tanımır və eyni zamanda, “İsrailin nüvə silahına malik olması faktını müsbət qiymətləndirir”. Həddad Adil hesab edir ki, nüvə probleminə belə yanaşma məqbul deyildir. O həmçinin vurğulamışdır ki, İranın planlarına atom enerjisindən ancaq dinc məqsədlərlə istifadə etmək niyyəti daxildir.
İran parlamentinin sədri demişdir ki, “ölkələrin əksəriyyətinə atom elektrik stansiyaları üçün nüvə yanacağını müstəqil istehsal etmək qadağan olunduğu halda, digər dövlətlər öz nüvə potensialını gücləndirirlər”.
Həddad Adil Beynəlxalq Atom Enerjisi Agentliyi Müdirlər Şurasının fevralın əvvəlində Vyanada təcili çağırılan sessiyasında İranın nüvə probleminə dair informasiyanı BMT Təhlükəsizlik Şurasına göndərməyi nəzərdə tutan qətnamənin əleyhinə səs verdiyinə görə Venesuelaya təşəkkürünü bildirmişdir.
Venesuela Milli Assambleyasının (parlamentin) sədri Nikolas Maduro isə bir daha təsdiqləmişdir ki, onun ölkəsi bu məsələdə İranın mövqeyini dəstəkləyir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [14:13]
Yaponiyada qida istehlakı vergisi azaldılır
- 09.10.2026 [14:01]
Üçüncü rübdə qızıla qlobal investisiyalar rekord həddə çatıb
- 09.10.2026 [13:45]
Malayziyada toz dumanı səbəbindən məktəblər bağlanır
- 09.10.2026 [12:44]
Finlandiya vətəndaşlıq testi tətbiq edir
- 09.10.2026 [12:05]