SİYASƏT
İran regiondakı dövlətlərin ərazi bütövlüyünü dəstəkləyir
Tehran, 6 oktyabr AZƏRTAC
İran Azərbaycan da daxil olmaqla regiondakı dövlətlərin ərazi bütövlüyünü dəstəkləyir və dövlətlərin sərhədlərinin dəyişməsinin əleyhinədir.
AZƏRTAC xəbər verir ki, bu sözləri İranın xarici işlər nazirinin müavini Seyid Məhəmməd Kazım Səccadpur deyib.
Nazir müavini qeyd edib ki, rəsmi Tehran ilə rəsmi Bakı arasındakı münasibətlər yüksələn xətlə inkişaf edir və bu hər iki dövlətin maraqlarını əks etdirir. Qarşılıqlı faydalı əməkdaşlığın böyük perspektivi var. İran qonşuları ilə əlaqələrini genişləndirməyi xarici siyasətinin prioritet istiqaməti hesab edir.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran