İran XİN ABŞ-la danışıqlar formatının dəyişdirilməsini istisna edir
Bakı, 14 aprel, AZƏRTAC
Rəsmi Tehran ABŞ-la danışıqlar formatının dəyişdirilməsi ehtimalını istisna edir.
AZƏRTAC xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Bəqayinin sözlərinə görə, görüşlər yalnız vasitəçilərlə davam edəcək.
“Tərəflərdən birinin təhdidlərə əl atmağa davam etdiyi bir şəraitdə birbaşa danışıqlar faydasız və səmərəsizdir. Ona görə də biz əvvəllər seçilmiş formatdan istifadəni davam edəcəyik”, - deyə Bəqayi mətbuat konfransı zamanı bildirib.
Aprelin 12-də Omanda İranın nüvə proqramı ətrafında yaranmış vəziyyəti həll etmək üçün Tehran və Vaşinqton nümayəndələri arasında danışıqlar keçirilib. İran nümayəndə heyətinə xarici işlər naziri Abbas Əraqçi, ABŞ nümayəndə heyətinə isə prezidentin xüsusi nümayəndəsi Stiven Uitkoff başçılıq edib.
İran XİN-in məlumatına görə, görüş konstruktiv, sakit şəraitdə keçib və tərəflər məsləhətləşmələri davam etdirmək barədə razılığa gəliblər. Danışıqların ikinci turu aprelin 19-da olacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [20:22]
Qazaxıstan Prezidenti Almaniyaya səfər edib
- 29.09.2026 [19:13]
Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub
- 29.09.2026 [18:51]
Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib
- 29.09.2026 [18:04]