SİYASƏT
İran XİN-in rəsmisi: Azərbaycan regionun əhəmiyyətli dövlətidir
Tehran, 14 dekabr, AZƏRTAC
Azərbaycan İranın yaxın qonşusu olmaqla yanaşı, həm də bizə dost və qardaş dövlətdir.
AZƏRTAC xəbər verir ki, bu sözləri İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Abbas Müsəvi deyib. O bildirib ki, Azərbaycan regionun əhəməyyətli dövlətidir. İki ölkə arasında qarşılıqlı əlaqələr bütün sahələrdə inkişaf edir.
Abbas Müsəvi Naxçıvan Muxtar Respublikasının İran vətəndaşlarına tətbiq olunan viza rejimini ləğv etməsini alqışladığını bildirib. Nəzərə çatdırıb ki, viza rejiminin ləğvi turizmin və ticarət əlaqələrinin daha da inkişafı üçün şərait yaradıb.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran