İrandan idxal olunan sarıkök məhsulunda uyğunsuzluq aşkarlanıb
Bakı, 3 oktyabr, AZƏRTAC
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları nəzarət tədbirləri çərçivəsində fiziki şəxs Cümşüd Vəliyevin İrandan idxal etdiyi, ümumi çəkisi 2 ton olan “Saibaba Agrilink Private Limited” əmtəə nişanlı üyüdülməmiş sarıkök məhsulu partiyasından nümunələr götürüblər.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, müayinələr nəticəsində məhsul partiyasında bakteriya (Bacillus cereus) aşkarlanıb.
Faktla bağlı qəbul olunmuş müvafiq qərar əsasında məhsul partiyası məhv edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 07.08.2026 [19:28]
Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS
- 07.08.2026 [17:44]
Heyvan kəsimi məntəqələrində monitorinqlər aparılıb
- 07.08.2026 [17:30]
Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 07.08.2026 [17:26]
Professor: Süni texnologiyalar dilin qarşısında aciz qala bilər VİDEO
- 07.08.2026 [17:17]