İranın Astara gömrük məntəqəsindən ixracın həcmi artıb
Tehran, 3 aprel, AZƏRTAC
İranın Astara şəhərindəki gömrük-keçid məntəqəsindən hər gün orta hesabla 268 yük maşını Azərbaycan Respublikasına keçir.
AZƏRTAC xəbər verir ki, bu barədə İranın Astara Gömrük İdarəsinin yük terminalının rəisi Mənsur Babayi deyib. O bildirib ki, Astara gömrük-keçid məntəqəsindən yükdaşımaların həcmi 18 faiz artıb. Yüklər Azərbaycan Respublikasına və digər MDB dövlətlərinə ixrac olunur. Azərbaycandan tranzit olaraq yüklər Rusiyaya da daşınır. Daşınan yüklər arasında mövsümi meyvə-tərəvəz üstünlük təşkil edir.
Qeyd etmək lazımdır ki, Astara çay üzərində yeni körpünün tikintisi başa çatdıqdan sonra gömrük məntəqəsindən daha çox yükün daşınması təmin ediləcək.
Bundan başqa, Qəzvin-Rəşt-Astara(İran)-Astara(Azərbaycan) dəmir yolunun Rəşt-Astara hissəsi də hazır olduqdan sonra İranın bütün bölgələrindən ixrac olunan yüklər Astara gömrük-keçid məntəqəsi vasitəsilə Azərbaycan üzərindən tranzit olaraq daşınacaq.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [18:19]
Azərbaycandan Qazaxıstana məhsul ixracının dəyəri 21 faizdən çox artıb
- 12.06.2026 [16:58]