İranın gənclər və idman naziri Azərbaycana səfər edəcək
Tehran, 25 oktyabr, AZƏRTAC.
İran İslam Respublikasının gənclər və idman naziri Mahmud Gudərzi Azərbaycana səfər edəcək.
Səfərin məqsədi oktyabrın 28-dən 30-dək Bakıda keçiriləcək Gənclər siyasəti üzrə birinci Qlobal Forumda iştirak etməkdir.
Səfər çərçivəsində M.Gudərzinin Azərbaycanın gənclər və idman naziri ilə görüşü də nəzərdə tutulub. Görüşdə nazirlər qarşılıqlı əlaqələrin inkişaf perspektivlərini müzakirə edəcəklər.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [12:21]
Böyük Britaniyanın müdafiə naziri ADEX-2026 sərgisində iştirak edir
- 30.09.2026 [11:10]
Milli Məclisin payız sessiyası işə başlayıb: müzakirəyə 16 məsələ çıxarılıb
- 30.09.2026 [10:41]