İranın xarici işlər naziri Azərbaycana səfər edəcək
Tehran, 13 fevral, AZƏRTAC
Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun dəvəti ilə İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif fevralın 16-da Bakıya səfər edəcək.
Səfər çərçivəsində iranlı nazir bir sıra yüksək səviyyəli görüşlər keçirəcək. Görüşlərdə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və perspektivləri ilə bağlı məsələlər müzakirə olunacaq.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [23:11]
Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib
- 27.09.2026 [19:19]
Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib
- 27.09.2026 [18:54]
Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb
- 27.09.2026 [17:50]