İRAQ PARLAMENTİNƏ SEÇKİLƏR BAŞLANDIQDAN DƏRHAL SONRA BAĞDADIN MƏRKƏZİ BASQINA MƏRUZ QALMIŞDIR
AZƏRTAC İTAR-TASS-a istinadla xəbər verir ki, dekabrın 15-də İraq parlamentinə seçkilər başlandıqdan dərhal sonra Bağdadın mərkəzi basqına məruz qalmışdır. Polis nümayəndələrinin məlumatına görə, seçki məntəqələri açıldıqdan bir neçə dəqiqə sonra İraq paytaxtının “yaşıl zona” adlı yaxşı möhkəmləndirilmiş rayonu minomyot atəşinə məruz qalmışdır. Bu rayonda hökumət idarələri və xarici dövlətlərin səfirlikləri yerləşir.
Dekabrın 15-də iraqlılar yeni parlamentin - Milli Assambleyanın deputatlarını seçməlidirlər.
Şiələr və sünnilər səsvermə ərəfəsində öz tərəfdarlarını seçkiləri boykot etməməyə çağırmışlar. Eyni zamanda, “İraqda əl-Qaidə əl-cihad” qruplaşmasına seçkilər günü həmlə və basqınlardan çəkinmək xahişi ilə çağırış səsləndirilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [22:11]
Tramp: Nobel Sülh Mükafatını almamağım komitənin nüfuzuna xələl gətirər
- 07.10.2026 [18:41]
Rəsmi Kiyev 5 fərqli atəşkəs formatı üzərində işləyir
- 07.10.2026 [17:46]
Yəməndə köçkünlərin sayı 200 mini keçib
- 07.10.2026 [17:37]
Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb
- 07.10.2026 [16:24]