İŞÇİLƏR TEXNİKİ TƏLİM KURSLARI KEÇİRLƏR
bp-dən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, Xəzər Texniki Təlim Mərkəzində yerli işçilərin texniki bacarıqlarını artırmaq üçün indiyədək 700 min saatdan çox təlim keçilmişdir. 200-dən çox məzun Mərkəzdə qazma və istismar əməliyyatları üzrə təlim kurslarını bitirərək, aldığı ixtisas üzrə şirkətin podratçı təşkilatlarında işlə təmin olunmuşlar.