Azərbaycan Dövlət İnformasiya Agentliyi

İşıqlı zəka və geniş təfəkkür sahibi

Bakı, 24 dekabr, AZƏRTAC

Prezident İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan ildən-ilə daha qüdrətli dövlətə çevrilir. Bu inkişafda mədəniyyət xadimlərinin də öz rolu və yeri var. Bunu ölkə başçısı çıxışlarının birində belə qiymətləndirib: “Azərbaycanı dünyada tanıdan bizim ziyalılarımızdır - alimlərimiz, rəssamlarımız, şairlərimiz, yazıçılarımız, bəstəkarlarımızdır. Azərbaycanı bu insanlar tanıdırlar. Bu insanlar cəmiyyətin aparıcı təbəqələridir, cəmiyyətin elitasıdır”. Azərbaycanın mədəniyyət və incəsənət xadimləri Prezidentimizin siyasi kursunu dəstəkləyir, Azərbaycanın uğurlu gələcəyi üçün mədəniyyətimizin inkişafı üçün əllərindən gələni edirlər.

AZƏRTAC bir sıra tanınmış mədəniyyət, incəsənət xadimlərinin, qələm adamlarının ölkəmizin qazandığı uğurlar, böyük mədəniyyət siyasəti, eləcə də əldə edilmiş tarixi Qələbə ilə bağlı fikirlərini bölüşür.

Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı deyib: “Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan Azərbaycanın mədəniyyət siyasətinin ana xəttini xalqımızın milli dəyərlərini qorumaq, təbliğ etmək təşkil edir. Ulu Öndərin siyasi kursunu bütün sahələrdə ləyaqətlə davam etdirən Prezident İlham Əliyev də ölkəmizə rəhbərlik etdiyi dövrdən etibarən mədəniyyət sahəsinə xüsusi diqqət və qayğı ilə yanaşıb. Bu diqqət sayəsində mədəniyyət sahəsində daimi olaraq əsaslı islahatlar aparılıb, milli-mənəvi dəyərlərimizin inkişafı diqqət mərkəzində saxlanılıb. Dövlət başçısının hakimiyyətə gəldiyi 2003-cü ildən artıq Azərbaycan bütünlükdə yeni inkişaf mərhələsinə qədəm qoydu. Bu dövrdə bütün sahələrdə - sosial-siyasi, iqtisadi, eləcə də mədəniyyət sahəsinin inkişafı üçün genişmiqyaslı işlər görülməyə başlanıldı. Milli-mənəvi dəyərlərimizin qorunması, mədəniyyətimizin xarici ölkələrdə təbliği və tarixi abidələrin bərpası istiqamətində əhəmiyyətli layihələr həyata keçirildi. Eyni zamanda, mədəniyyət sferasının zənginləşməsi üçün Prezident ardıcıl olaraq sərəncamlar imzaladı və onların icrasını daim şəxsən diqqət mərkəzində saxladı”.

Bu gün Üzeyir bəyin, Xan Şuşinskinin, Seyidin, Sadıqcanın və görkəmli mədəniyyət xadimlərinin ruhunun şad olduğunu söyləyən professor xüsusi olaraq vurğulayıb ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunan tarixi Qələbə xalqımıza, eləcə də bütün mədəniyyət, incəsənət xadimlərinə yeni yaradıcılıq ruhu bəxş edib. Bu Vətən müharibəsi Azərbaycan xalqının kimliyini, nəyə qadir olduğunu bir daha dünyaya bəyan etdi.

Ozan-aşıq mədəniyyətinin bizim milli-mənəvi varlığımızın əsas göstəricilərindən biri olduğunu söyləyən Əməkdar elm xadimi bildirib ki, Ulu Öndər Heydər Əliyev ozan-aşıq mədəniyyətini milli varlığımızın mötəbər qaynağı olduğunu xüsusi qeyd etmişdir. Bu söz Dədə Qorqud ensiklopediyasında qızıl hərflərlə keçir. Bu gün o ideya, o düşüncə öz əyaniliyini bir daha tapır. Bu gün Azərbaycanımızda təkcə iqtisadi sahədə deyil, mədəni-mənəvi sahədə də çox böyük quruculuq işləri gedir.

Məhərrəm Qasımlı Prezident İlham Əliyev tərəfindən ustad aşıqlara fəxri adların, Prezident təqaüdlərinin verilməsindən də danışıb. Bildirib ki, bütün bunlar Azərbaycan dövlətinin, ictimaiyyətinin aşıq sənətinə olan mehri-məhəbbətinin və diqqətinin göstəricisidir. Son illərdə sözün həqiqi mənasında milli-mənəvi dəyərlərimizə, o cümlədən də aşıq sənəti ilə bağlı olan tarixi dəyərlərimizə ölkəmizdə böyük həssaslıqla yanaşılır və qayğı göstərilir.

Qazanılan tarixi Qələbədən söz açan Beynəlxalq “ALAŞ” Ədəbiyyat Mükafatı laureatı, tanınmış şair Əkbər Qoşalı deyib ki, Prezident İlham Əliyevin dövlətçilik və ictimai-siyasi fəaliyyətində parlaq səhifələrə nəzər salsaq yenə bir həqiqətə şahidlik etmiş olarıq: dövlət başçısı zəkası ilə bütün sferaları aydınlatmışdır. İctimai-siyasi sabitlik, yeni iqtisadi modelin uğurları, mükəmməl diplomatiya, çevik və balanslaşdırılmış xarici siyasət kursu, daxili əmin-amanlıq, humanizmə söykənən sosial siyasət prezidentin gerçəkləşdirdiyi ağır, fəqət şərəfli və taleyüklü missiyanın uğurlu taleyindən xəbər verir.

O, fikirlərini belə ümumiləşdirib: “İlham Əliyev uğurlu, qurucu Prezidentdir, qalib Komandandır, ən müxtəlif milli, bəşəri dəyərlərə aid hadisələrin memarı, alovlu müdafiəçisi, sözü imzası qədər keçərli olan görkəmli ictimai-siyasi və dövlət xadimidir. İlham Əliyevə azərbaycanlıların dərin məhəbbətinin səbəbləri hər birimizə gün kimi aydındır. Bunun ilk səbəbi Azərbaycan Prezidentinin etibarlı sarsılmaz lider olmasıdır. Bəli, o mübarək sözü bir daha xatırlatmaq istərdim: “Sözümüz imzamız qədər keçərlidir” - bu, İlham Əliyevin şah kəlamlarındandır! Çünki dəfələrlə təsdiq olunub, öz həyatiliyini sübut edib. İlham Əliyev o liderdir ki, onun lideri olduğu ölkənin 20 faiz ərazisini 30 ilə yaxın işğal altında saxlayan düşmən ölkə rəhbərliyini və xalqını belə gələcəyə baxmağa çağıra bilir. Bilirsiniz, bu, qalib müdrikliyidir, öz dövlətinin qüdrətinə, öz ordusunun istənilən vaxt istənilən çətin vəzifəni yerinə yetirə biləcəyinə dərin əminliyin ifadəsidir. İlham Əliyev öz xalqının məhəbbətinə, xalq-dövlət birliyinə arxalanır, ona görə güclüdür, səmimidir, uzaqgörəndir. Bu sözlər Müzəffər Ali Baş Komandanımıza aiddir: “İnsanlarımızın çəkdiyi zülmlərə baxmayaraq, biz Ermənistana sülh təklif etdik”. - Prezident Əliyev cari ilin oktyabrında Ağdamda keçirilən Azərbaycan Milli Şəhərsalma Forumunda çıxışı zamanı bu mövzuya toxunaraq çox təsirli sözlər dedi. Keçmiş işğalçı ilə barış anlaşmasının beynəlxalq hüququn fundamental prinsipinə əsaslanmalı olduğunu vurğulayan dövlət başçısı bildirdi ki, bu prinsiplərə -

ölkələrin bir-birinin ərazi bütövlüyünü qarşılıqlı tanıması, gələcəkdə hər hansı ərazi iddialarından uzaq durması, güc tətbiqindən çəkinməsi,

sərhədlərinin delimitasiyası və kommunikasiyaların açılması daxildir.

Bunları nəyə görə sadalayıram? - Bilirsiniz, yalnız bəşəriyyətin gələcəyini düşünə bilən böyük ürək sahibləri belə davrana bilər. Yeni dünya arxitekturasının qurulması liderlərdən, xalqlardan cəsur qərarlar, fədakarlıq tələb edir. Beləliklə, dardüşüncəli, dalan Ermənistanın böyük ürək göstərməsi qətiyyən mümkün olmayacağı üçün onun iç üzü dünyaya bir daha nümayiş edilmiş olur: Buyurun, Xocalı soyqırımına uğramış, 9 şəhəri, 300 kəndi viran edilmiş, tarixi-mədəni abidələri vandallığa məruz qalmış ölkənin lideri barış anlaşmasına çağırır. İlham Əliyevin barış anlaşması təklifi əsaslandığı 5 prinsipdən başqa ilkin şərt ehtiva etmir və diplomatik dildən sadə müstəviyə tərcüməsi ədalətli sülhdür! Biz Ermənistanı, dünya erməniliyini necə deyərlər, “Axilles dabanı”ndan tutmuşuq... Əvəzində Ermənistan nə edir? - iki daşın arasında vurnuxur, vurnuxur, yeni yanlışlıqlar edir. Hər dəfə də görür ki, “Dəmir yumruq” yerindədir! Məhz “Dəmir yumruq” yerində olduğu üçün biz böyük düşüncələrə meydan tanıdığımızı gur səslə açıqlaya bilirik. Yəni İlham Əliyev uzaqgörən, səbirli, təmkinli liderliyi ilə elə gerçəkliklər yaratdı, beynəlxalq aləmdə elə münasibətlər sistemi ayarlaya, düzənləyə bildi ki, həm 30 illik işğalı hərbi yolla həll etdi, həm də dünya erməniliyinin uzun illər apardığı anti-Azərbaycan təbliğatına ağır zərbə vurdu. İlahi ədalət İlham Əliyevin düşünülmüş, düzgün, yüz ölçülüb bir biçilmiş siyasəti ilə günümüzdə Günəş kimi parlayır - onu hər yerdən görmək olar...

Bəli, biz qalib ölkənin qürurlu vətəndaşlarıyıq! Bu mərtəbənin memarı olan Prezident İlham Əliyevi, bizə əziz Şuşa sevinci bəxş edən, qarşımıza Şuşadan aydın görünən yeni hədəflər qoyan Müzəffər Ali Baş Komandanı hər zaman öz işimizlə, əməllərimizlə sevindirməliyik”.

Həmsöhbətimiz Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru İftixar Piriyev də ölkəmizin inkişafında, qazanılan uğurlardan ürək dolusu danışıb: “Azərbaycan tarixində ikinci elə bir siyasi xadim, elə bir dövlət rəhbəri yoxdur ki, Heydər Əliyev qədər əvəzsiz xidmətlər göstərmiş olsun. Bu fikir Heydər Əliyev haqqında söhbət açan hər kəsin ən çox söylədiyi fikirdir. Çünki bu, göz önümdə olan böyük həqiqətdir. Bu həqiqətin tərkib hissəsindən bir nümunəni diqqətə təqdim etmək istəyirəm. Ulu Öndər ömrünün son anlarında heç bir dövlət rəhbərinin cəsarət etmədiyi unikal bir addım atdı. Unudulmaz bir tövsiyə ilə xalqımıza tarixi müraciət etdi. İlham Əliyevə özü qədər inandığını və xalqımızın da inanmasını, özünün axıra çatdıra bilmədiyi tale yüklü məsələlərin həyata keçirilməsi üçün ona dəstək göstərməsini, köməklik etməsini tövsiyə etdi. Müdrik xalqımız Ümummilli Liderimizin bu tövsiyəni heç tərəddüd etmədən yerinə yetirdi. Çünki xalq yalnız Heydər Əliyevə inanır, onun tutduğu yolda daim işıq olduğunu bilirdi. Heydər Əliyev, eyni zamanda, İlham Əliyevə öz vəsiyyətini açıqlamağı da unutmadı. İlham Əliyev addım-addım, qədəm-qədəm həmin vəsiyyəti həyata keçirməyə başladı. Bu vəsiyyət bir dövlət proqramı idi. Həmin vəsiyyətə uyğun olaraq, İlham Əliyev bir an belə dayanmadan çalışdı, gecəsini gündüzünə qatdı və dövlətimizi inkişaf etdirdi, gücləndirdi. Ölkəmizi kasıb respublikadan varlı dövlətə çevirdi. Sovetlərdən qalmış xarabazarlıqları gülə-çiçəyə döndərdi. Xalqımızın rifahını yaxşılaşdırdı. Bütün sahələrdə inkişafı təmin etdi. Ölkəmizi dünya dövlətləri arasında sayılan dövlətlər sırasına yüksəltdi. Ən mötəbər salonlardan dərin ağlı, nurlu zəkası, geniş təfəkkürü, siyasi məntiqi, liderlik cəsarəti, natiqlik qabiliyyəti ilə özünü elə ifadə etdi ki, dünyanın siyasət meydanında özünü birinci hesab edən dövlət xadimlərini heyran qoydu. Günü-gündən nüfuzu artdı. Onun nüfuzu artdıqca, ölkəmizin də sayılıb-seçilən ölkələr sırasında yeri bərqərar oldu.

İllərlə səbir nümayiş etdirərək, sülh və barış tərəfdarı olduğunu dönə-dönə bəyan etdi. Təmkinlə davrandı. Tələsmədən elə cür incə siyasət yürütdü ki, bir də baxdılar, geosiyasi mənzərədə Azərbaycanın yeri öncüllər sırasındadır. Bütün parametrlərdən Cənubi Qafqazın lider dövləti olduğunu isbat etdi. Dünyanın ən güclü dövlətlərinin qarşısında dəyanətlə dayandı. İllərlə əmək sərf edərək, gücləndirdiyi ordumuza ən münasib zamanda torpaqlarımızın işğaldan azad edilməsi əmrini verdi. Bu tarixi əmrlə 30 il zillət çəkən vətənimizin bir parçası olan Qarabağımız, göz bəbəyimiz olan Şuşamız öz azadlığına qovuşdu. Tarixin sınaq meydanından üzü ağ, alnıaçıq çıxdı. Özünün də etiraf etdiyi kimi, “Ata vəsiyyəti”ni layiqincə, qəhrəmancasına həyata keçirdi.

Biz böyük xalqıq! Bizim çox böyük vətənimiz, tariximiz və ənənələrimiz var. Bizim ruhumuz Müstəqil Azərbaycan Respublikasının sərhədləri hüdudundan çox-çox uzaqlarda cövlan edir. Dünyada yaşayan və Müstəqil Azərbaycan eşqini ruhunda yaşadan milyonlarla soydaşımız İlham Əliyevin “Dəmir yumruğu”na inanır və birlik, həmrəylik nümayiş etdirir. İlham Əliyev isə öz soydaşlarının daim təəssübünü çəkir, həmişə də çəkəcəkdir. Bu gerçəklik biz sənət xadimlərinin stimul mənbəyidir. Biz bu gerçəkliklə durmadan motivasiya olunuruq. İnanırıq ki, xalqımızın, millətimizin çağdaş dövrdə əvəzsiz lideri, qəhrəman sərkərdəsi, böyük dəyanət sahibi olan siyasi xadimi İlham Əliyev bundan sonra da addım-addım, qədəm-qədəm ali hədəfimizə doğru irəliləyəcək və xalqımız da onun tutduğu parlaq yoldan heç vaxt sapmayacaqdır.

Fikirlərimin bu anında, 2011-ci ildə, möhtərəm Prezidentimizin 50 yaşı münasibəti ilə qələmə aldığım və səhnə həyatı verdiyim “İşıqlı, nurlu sabah” mənzum dram əsasında oynadığımız tamaşanın son səhnəsini xatırlayıram. Həmin səhnədə, xalqımızın xorla oxuduğu “Ucal!” marşının sədaları altında İlham Əliyev Mehriban xanımla bərabər, “Azərbaycan” adlı meydanın geniş ərazisində iri addımlarla yola çıxır. Onlar irəlilədikcə xalq da onlara qoşulur və bu yolu bərabər getməyə başlayır. Həmin yol bu gün bizi Qələbəyə gətirib çıxardı. Qələbəmizin isə qarşıda bizi daha böyük zəfərlərə aparacağına inandırır! Bizə bu inamı verən Heydər Əliyevin tövsiyəsi, vəsiyyəti və İlham Əliyevin dönməz və sarsılmaz iradəsidir! Mən heç tərəddüd etmədən inanıram ki, Ulu Öndərimizin bizə bəxş etdiyi işıqlı yoldan xalqımız heç vaxt sapmayacaq, bizi parlaq gələcəyə aparan İlham Əliyev fenomeninin addım izlərindən kənara çıxmayacağıq. Ona görə də yeni yazdığım və İrəvan Teatrının səhnəsində tamaşaya hazırlamaq niyyətində olduğumuz pyesi məhz “Ata vəsiyyəti” adlandırmışam. Biz xalq olaraq ənənələrimizə sadiqik. Bizim ənənələrimizdə isə ata yolu, dədə yolu müqəddəsdir. Müqəddəs yoldan dönməmək isə bizim övladlıq borcumuz və vəzifəmizdir”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Yasamal və Xəzər rayonlarının bəzi ərazilərində işıq olmayacaq

İstanbulda sel nəticəsində 300 iş yeri və 200 avtomobilə ziyan dəyib

Alimlər 2500 il yaşı olan qədim günəş rəsədxanası aşkarlayıblar

“Politico”: Aİ kriptovalyuta əməliyyatlarına vergi tətbiqini nəzərdən keçirir

“Panasonic” yanğın təhlükəsi səbəbindən 640 min paltaryuyan maşını geri çağırır

“El-Ninyo” əvvəlcədən proqnozlaşdırıla bilən fəlakətlərə səbəb olacaq

ABŞ-də ibtidai məktəbdə baş verən atışmada 5 nəfər ölüb

Britaniya “Skynet” peyklərinə nəzarətin ABŞ-yə verilməsinin risklərini qiymətləndirəcək

ABŞ-nin “George Bush” təyyarədaşıyan gəmisi Yaxın Şərqə qayıdıb

UEFA Konfrans Liqası: “Trabzonspor” səfərdə “KuPS” komandasını məğlub edib

UEFA Avropa Liqası: “Milan” “Zaltsburq”a böyük hesabla qalib gəlib

Fransada etiraz aksiyalarında 140 minə qədər insanın iştirakı gözlənilir

Uqandada “Ebola” virusuna qarşı yeni peyvəndin klinik sınaqlarına başlanılıb

Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olunub

La-Manş tunelinin girişində avtobusla qatar toqquşub, 19 nəfər xəsarət alıb

Şimali İrlandiyada keçmiş partiya lideri 15 il müddətinə azadlıqdan məhrum edilib

“Tesla” Almaniyadakı zavodunda istehsalı ikiqat artırmağı planlaşdırır

Ədalət gecikdirildikdə münaqişə dərinləşir, cəzasızlıq isə yeni müharibələrə zəmin yaradır – ŞƏRH

ABŞ İrana qarşı sanksiyaları genişləndirib

“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır

Prezidentin AQEM-də çıxışı: Ermənistanın keçmiş rəhbərliyinin məsuliyyəti və cəzasızlıq problemi - ŞƏRH

Paytaxtda, eləcə də regionlarda yol tikintisi, yenidənqurma və təmir işlərinin vaxtında icrasının vacibliyi vurğulanıb

Ələt qəsəbəsində Vətən müharibəsi şəhidinin xatirəsi anılıb

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib: xəsarət alan var

Pirallahıda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələrə dair müzakirələr aparılıb

Prezident İlham Əliyevin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Milli Təhlükəsizlik Şurasının “Terrorsuz Türkiyə” prosesi ilə bağlı qərarı ilin sonunadək qəbul edilə bilər

Rusiya ABŞ-yə dizel yanacağının tədarükünə 2-3 həftə ərzində başlaya bilər

Kəlbəcərdə qarşıya qoyulan vəzifələrin ardıcıl və vaxtında icrası vacibdir

Milli-mənəvi dəyərlərin qorunması, ideoloji təhlükəsizliyin təmin edilməsi - İmişlidə konfrans VİDEO

Milli-mənəvi dəyərlərin qorunması, ideoloji təhlükəsizliyin təmin edilməsi - İmişlidə konfrans VİDEO

Qəbələdə ümumrayon iməciliyi təşkil olunub VİDEO

Qəbələdə ümumrayon iməciliyi təşkil olunub VİDEO

Almaniya Qırmızı dənizdə hərbi-dəniz missiyasında iştirakını davam etdirəcək

Prezident: Türkiyə beynəlxalq təhsil konsepsiyasının həyata keçirilməsi baxımından keyfiyyətcə yeni mərhələyə qədəm qoyub

“Azərişıq” ASC-nin nümayəndələri Ağdamda mətbuat konfransı keçirib VİDEO

“Azərişıq” ASC-nin nümayəndələri Ağdamda mətbuat konfransı keçirib VİDEO

Xəzər İnşaat Həftəsinin ikinci günü: Qarabağın inkişafında gənclərin iştirakı diqqət mərkəzində YENİLƏNİB VİDEO

Xəzər İnşaat Həftəsinin ikinci günü: Qarabağın inkişafında gənclərin iştirakı diqqət mərkəzində YENİLƏNİB VİDEO

® Peşəkar fəaliyyəti və zəngin təcrübəsi ilə seçilən həkim

Beynəlxalq Enerji Agentliyi neft ehtiyatlarının bazara çıxarılmasını sürətləndirməyə çağırıb

Gürcüstanda müəllim də, valideyn də vahid məktəbli formasından razıdır

Bu saata olan əsas xəbərlər

Qax Rayon Ağsaqqallar Şurasının hesabat-seçki yığıncağı keçirilib

Bakıda AQEM-in 7-ci Zirvə Görüşü keçirilib
Prezident İlham Əliyev tədbirdə çıxış edib YENİLƏNİB-2 VİDEO

İdeoloji təhlükəsizlikdən təhsilə: Milli dəyərlər, məktəb mühiti və gələcək nəsillərin formalaşdırılması – ŞƏRH

Şərurda müşavirə keçirilib

AQEM-in Bakı Görüşü: Beynəlxalq ictimaiyyət Azərbaycanın qlobal əməkdaşlığa töhfəsini və liderlik təcrübəsini bir daha təsdiqlədi

Milli maraqların qorunması və ölkənin inkişafı naminə həmrəylik vacibdir VİDEO

Milli maraqların qorunması və ölkənin inkişafı naminə həmrəylik vacibdir VİDEO

MDB Məşvərət Şurasının 39-cu iclasının iştirakçıları DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olublar

Siyasi müstəqilliyin möhkəm dayaqlarından biri dayanıqlı və rəqabətqabiliyyətli iqtisadiyyatdır

İdeoloji təhlükəsizliyin qorunmasına və gənclərin milli ruhda yetişməsinə xüsusi önəm verilməlidir

Fyodor Şukin Dağıstanın rəhbəri seçilib

İngiltərənin cənubunda güclü quraqlıq elan edilib

Rusiyanın baş konsulluğu müğənni Nəvai Bəkirovun həbsi ilə əlaqədar Qazaxıstan XİN-ə nota göndərib

Ağstafada YAP-ın VIII Qurultayında Prezident İlham Əliyevin nitqindən irəli gələn vəzifələrə həsr olunmuş müşavirə keçirilib

Dövlətçilik ənənələrinin yaşadılması və milli həmrəyliyin möhkəmləndirilməsi hər kəsin üzərinə mühüm vəzifələr qoyur

Rumiyyə Ağayeva: 5D dünyasında immersiv tamaşalar getdikcə daha çox populyarlaşacaq

BVF: Yaponiya 2027-ci ildə qlobal ÜDM reytinqində 6-cı yerə düşəcək

Gürcüstanda III Şio Patriarx II İlyanın dəfn xərclərinin auditinin aparılmasını tələb edib

Cəmiyyətin sağlam mənəvi əsaslarının qorunması ölkəmizin gələcək inkişafının başlıca şərtlərindəndir

AQTA sədri Abşeron rayonunda fəaliyyət göstərən müəssisənin fəaliyyəti ilə tanış olub

YAP-ın azərbaycançılıq ideoloji xətti milli həmrəyliyin əsasıdır – ŞƏRH

Formula 2 Azərbaycan Qran-Prisinin qalibi Formula 1 komandası ilə anlaşıb

İdeoloji təhlükəsizlik müasir dövrün əsas çağırışlarındandır – Göyçayda müşavirə VİDEO

İdeoloji təhlükəsizlik müasir dövrün əsas çağırışlarındandır – Göyçayda müşavirə VİDEO

Cəbrayılda Günəş elektrik stansiyalarının tikintisinə icazə müddəti uzadılıb

Bakı beynəlxalq inklüziv məşğulluq konfransına ev sahibliyi edir

Azərbaycan Avrasiyada təhlükəsizliyin və əməkdaşlığın gücləndirilməsində rolunu artırır TƏHLİL

Valideynlər uşaqlarının internetdəki davranışlarını çox vaxt düzgün qiymətləndirmirlər - Tədqiqat

Nurəddin Mehdixanlı: Vahid məktəbli forması şagirdlər arasında bərabərliyi təmin edir

Dövlətçilik ənənələrinin qorunması və milli həmrəyliyin möhkəmləndirilməsi vacib vəzifələrdəndir

AQEM: Asiyada iqtisadi bağlantılardan dayanıqlı inkişafa – Azərbaycanın sədrliyinin strateji əhəmiyyəti ŞƏRH

Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Toplantısı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Toplantısı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Donald Tramp: 13 nəfəri qətlə yetirən keçmiş ABŞ hərbçisinin edamı canlı yayımlanmayacaq

Milli maraqların qorunması və sabitlik dövlət siyasətinin prioritetidir

Energetika naziri vətəndaşların müraciətlərini dinləyib

“Quba rayonunun bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında” Azərbaycan Respublikasının 2026-cı il 12 may tarixli 404-VIIQ nömrəli Qanununun qəbul edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və publik hüquqi şəxslərin illik və ortamüddətli dövr üzrə büdcə layihələrinin və proqnozlarının, habelə gəlir və xərc smetalarının icra vəziyyətinin monitorinqi və icra göstəricilərinin təhlili Qaydaları”nın və “Dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və publik hüquqi şəxslərin xalis mənfəətinin bölüşdürülməsinə və dividend siyasətinin ümumi parametrlərinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 29 dekabr tarixli 570 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 mart tarixli 42 nömrəli Qərarı ilə təsdiq edilmiş “Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi Qaydaları”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Belçikada yeni fəaliyyətə başlayan həkimlərin dörddəbiri xaricdə təhsil alıb

“Elektron kredit və zəmanət” informasiya sisteminin Əsasnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 4 dekabr tarixli 434 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

HDQ-nin ehtiyatda olan xüsusi təyinatlısı pusqudan necə çıxmalarından danışıb VİDEO

HDQ-nin ehtiyatda olan xüsusi təyinatlısı pusqudan necə çıxmalarından danışıb VİDEO

“Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 iyul tarixli 262 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Bərpa olunan enerji mənbələrinin ərazisində günəş elektrik stansiyalarının tikintisinə icazə alınması müddətinin uzadılması haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Üçqat dünya çempionu Olimpiya Oyunlarında geyindiyi kostyumu muzeyə bağışlayıb

Naxçıvanda yeni tədris ilində 15 icmaəsaslı məktəbəqədər qrup yaradılıb

Autizmli gənclər iş təcrübələrini bölüşüblər

Şərurda “PeşəFest-2026” baş tutub

Gürcüstandakı azərbaycandilli məktəblərə Azərbaycanın göndərdiyi dərsliklər paylanılıb

Çin şirkətləri Azərbaycanın aqrar sektoruna investisiya imkanlarını nəzərdən keçirir

Sabah 8 müntəzəm avtobus marşrutunun hərəkət istiqaməti dəyişdiriləcək

Müəllim: Rəqəmsal texnologiyalardan düzgün istifadə şagirdlərin inkişafı üçün vacibdir VİDEO

Müəllim: Rəqəmsal texnologiyalardan düzgün istifadə şagirdlərin inkişafı üçün vacibdir VİDEO

Trans-Xəzər fiber-optik kabel xətti Azərbaycanın beynəlxalq rəqəmsal hab kimi mövqeyini gücləndirəcək - ŞƏRH

Fransanın Kan şəhərində terrorizmin və insanlıq əleyhinə cinayətlərin təbliği ilə bağlı araşdırma başlanıb

Fransa beynəlxalq hesabatlarda: Polis zorakılığı, hüquq pozuntuları və artan repressiyalar

Nurjan Marabayev: Mövcud geosiyasi vəziyyət Orta Dəhlizin əhəmiyyətini daha da artırır

Mərkəzi Gömrük Hospitalında Mühafizə Xidmətinin əməkdaşları ilk yardım barədə məlumatlandırılıblar

Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb YENİLƏNİB VİDEO

Milli Kibertəhlükəsizlik Agentliyi maarifləndirmə tədbirlərini 133 məkanda həyata keçirir

Yunanıstanda daşqın nəticəsində 1 nəfər ölüb

Azərbaycana daimi köçən gənclərin sayı 15 faiz artıb, ölkədən gedənlərin sayı 12 faiz azalıb – QRAFİK

Bakı Sammiti Azərbaycanın Asiyada çoxtərəfli diplomatiyanın inkişafına verdiyi töhfənin göstəricisidir - RƏY

Azərbaycanlı həkim London Kral Həkimlər Kollecinin fəxri adına layiq görülüb

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2013-cü il 4 noyabr tarixli 122/09 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ümumi istifadədə olan avtomobil yolları və yol qurğuları haqqında” 1-yol №-li illik rəsmi statistika hesabatı formasının doldurulmasına dair göstəriş”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin Qərarı