“İSLAM NÜVƏ BOMBASININ ATASI” ƏFV OLUNDU
“İslam nüvə bombasının atası” adlandırılan Əbdül-Qədir Xan nüvə texnologiyalarını İrana, Liviyaya və Şimali Koreyaya verdiyini ötən həftə boynuna almışdır. Məxfi materialların xaricə satılmasına dair iş üzrə təhqiqat Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) Pakistan alimlərinin digər ölkələrin nüvə proqramlarının inkişafında onlarla əməkdaşlıq etməsi barədə dəlil-sübutları üzə çıxardıqdan sonra başlanmışdır. “İlk islam nüvə bombasının atası” demişdir ki, sirləri heç də mənfəət məqsədi ilə bölüşmürdü. Onun dediyinə görə, “yeni nüvə dövlətlərinin meydana gəlməsi Qərbin nüvə silahına malik olan Pakistana təzyiqini azaldardı”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [20:52]
Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir
- 29.09.2026 [18:53]
Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub
- 29.09.2026 [16:31]
Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub
- 28.09.2026 [21:15]