İslamiadanın bədii gimnastika yarışının fərdi təsnifat mərhələsinin ikinci gününə start verilib
Bakı, 13 iyun, AZƏRTAC
Milli Gimnastika Arenasında “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının bədii gimnastika yarışında fərdi təsnifat mərhələsi keçirilir.
AZƏRTAC xəbər verir ki, yarışın ikinci günündə gimnastlar fərdi yarışlarda gürzlərlə və lentlə hərəkətləri yerinə yetirirlər.
Yarışdan sonra qaliblərin mükafatlandırması mərasimi keçiriləcək.