İsmahane Elouafi: Azərbaycan lider kimi bir çox dünya ölkəsinə nümunə ola bilər
Bakı, 6 noyabr, Səlim Rəhimzadə, AZƏRTAC
Azərbaycan lider kimi bir çox dünya ölkəsinə nümunə ola bilər.
AZƏRTAC xəbər verir ki, bu fikirləri jurnalistlərə müsahibəsində Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının baş elmi işçisi İsmahane Elouafi deyib.
O bildirib ki, qlobal çağırışların həlli çox vacibdir. Çünki dünya uçurumun kənarındadır. “Bu çağırışlar arasında iqlim dəyişikliyi, yoxsulluq, aclıq, torpaqların çirklənməsi kimi məsələlər var. Biz çox çətin vəziyyətdəyik və sistemli həll yolları tapmalıyıq. Buna görə də bu Forum çox əhəmiyyətlidir. İqtisadçı, bioloq, iş adamları və digər sahələrdən olan insanların burada toplaşması bizə yeni həll yolları tapmaqda kömək edəcək. Buna görə Azərbaycanı lider kimi görürəm. Bizim innovasiyalara ehtiyacımız var. Bu mövzuda qlobal lider lazımdır və Azərbaycan Prezidenti, sizin ölkəniz lider kimi dünyaya yaxşı nümunə ola bilər”, - deyə o qeyd edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.08.2026 [15:17]
Xankəndi və Baia Mare qardaşlaşır - FOTO
- 14.08.2026 [14:39]
Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığı müzakirə olunub
- 14.08.2026 [11:07]
Pakistan Müstəqillik Gününü qeyd edir
Siyəzəndə restoran yanıb
- [12:03]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Macarıstanda Böyük Hun-Türk Qurultayı keçirilib
- 16.08.2026 [23:51]
Sentyabrda Böyük Britaniyada növbəti isti hava dalğası proqnozlaşdırılır
- 16.08.2026 [23:29]
Azərbaycan Premyer Liqası: “Zirə” ilk turda “Şəfa”nı məğlub edib
- 16.08.2026 [23:19]