Azərbaycan Dövlət İnformasiya Agentliyi

İsmayıllı rayonunda şəhidlərimizin anım tədbirləri keçirilib

Bakı, 28 avqust, AZƏRTAC

Müdafiə Nazirliyinin və İsmayıllı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Vətən müharibəsi şəhidləri Etibar Fazil oğlu Şirinovun və Aqil Mehman oğlu Mirzəliyevin doğum günləri münasibətilə xatirə tədbirləri keçirilib.

Tədbirlərdə nazirliyin rəsmiləri, rayon rəhbərliyi, şəhidlərin ailə üzvləri, yaxınları, döyüşçü dostları, xidmət etdikləri hərbi hissələrin, ictimaiyyətin nümayəndələri, müharibə iştirakçıları, qazilər, eləcə də gənclər, məktəblilər iştirak ediblər.

Müdafiə Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, İvanovka kənd qəbiristanlığında şəhid əsgər Etibar Şirinovun məzarı ziyarət olunaraq qarşısına əklillər qoyulub, önünə qərənfillər düzülüb. Azərbaycanın ərazi bütövlüyünün qorunması, bərpası, tarixi torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalanların xatirəsini yad etmək üçün bir dəqiqəlik sükut elan edilib. Hərbi orkestrin müşayiəti ilə Dövlət himni ifa olunub.

Polkovnik Abdulla Qurbani xalqımızın qəhrəmanlıq ənənələrindən, Azərbaycan oğullarının tarix boyu öz torpaqlarını yadellilərin basqınlarından, hücumlarından mərdliklə, qətiyyətlə qorumalarından, Vətənin dar günündə hamının elliklə düşmən üzərinə yürüdüyündən və işğal olunmuş torpaqlarımızın son 300 il ərzində ilk dəfə olaraq güc yolu ilə azad edilməsi ilə nəticələnən 44 günlük Vətən müharibəsində təcavüzkar Ermənistan üzərində qazandığımız möhtəşəm qələbədən danışıb. O, bu qələbənin xalqımızın birliyinin, həmrəyliyinin, dövlətimizin iqtisadi gücünün, əsgər və zabitlərimizin misilsiz qəhrəmanlıqlarının, respublikamızda yaşayan bütün xalqların Vətənin dar günündə bir nəfər olmasının və dövlətimizin başçısının polad iradəsinin, hücum diplomatiyasının, Müzəffər Ali Baş Komandanımızın qətiyyətinin, dəmir yumruğunun qələbəsi olduğunu iftixar hissi ilə nəzərə çatdırıb.

Qeyd olunub ki, Vətən müharibəsinin ilk günlərindən bütün xalqımız kimi İsmayıllı rayonunda da hər kəs müharibə əhval-ruhiyyəsi ilə yaşayıb. “Hər şey ordu üçün, hər şey qələbə üçün!” sözləri bütün sakinlərin şüarına çevrilib. Bu rayonun əhalisi bir nəfər kimi ayağa qalxaraq düşmənlərimizi və onların havadarlarını lənətləyib və tarixi torpaqlarımızı tezliklə işğaldan azad edəcəklərinə inanıblar. Həm də arxa cəbhədə bu torpağın insanları da ümumi qələbəmiz naminə səylərini əsirgəməyiblər.

Birinci Qarabağ müharibəsi veteranlarından olan Taleh Nəcəfovun oğlu miçman Fuad Nəcəfov, Murovdağın ilk şəhidlərindən olan Məmiş Səlimzadənin oğlu gizir Kənan Səlimzadə atalarının yollarını uğurla davam etdirərək şəhidlik zirvəsinə ucalıblar. Mayasını bu torpaqdan alan Azərbaycan Ordusunun zabiti polkovnik-leytenant Anar Mirzəyev “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb. Dilqəm Həmidli, Kamil Salmanov, Elvin Rəsulov və neçə-neçə qazi bu gün də Müzəffər Ali Baş Komandanın əmrlərinə hazırdırlar.

Polkovnik A.Qurbani vurğulayıb ki, öz qabaqcıl əmək nailiyyətləri ilə həmişə fərqlənən İvanovka kəndinin rus icmasının üzvləri, eləcə də bu kənddə yaşayan digər xalqların nümayəndələri də həm müharibə ərəfəsində, həm də müharibənin gedişində vətənpərvərlik nümunələri göstərərək ümumi qələbəmiz naminə köməklərini əsirgəməyiblər. Kənd əhalisi bu gün də Azərbaycan uğrunda hər bir çağırışa müsəlləh əsgər kimi hazırdır. Burada xalqlar arasında ayrı-seçkilik yoxdur. Hər bir ivanovkalı Azərbaycan vətəndaşıdır, azərbaycanlıdır və qarabağlıdır. Qarabağ isə Azərbaycandır!

Sonra şəhid əsgər E.Şirinovun hər bir gənc üçün örnək olan qısa, lakin mənalı, şərəfli ömür yolu haqqında məlumat verilib.

Atası Azərbaycan türkü, anası isə ləzgi olan Etibarın əsl azərbaycanlı, əsl Azərbaycan vətəndaşı olduğu və bunu Vətən müharibəsi cəbhələrində qanla yazdığı şəhidlik dastanı ilə təsdiq etdiyi xüsusilə vurğulanıb.

Xatirə mərasimi iştirakçılarının nəzərinə çatdırılıb ki, 29 il öncə bu kənddə doğulan Etibar Fazil oğlu qismən səfərbərlik üzrə orduya çağırılıb. Füzuli, Cəbrayıl, Zəngilan uğrunda döyüşlərdə qarşıya qoyulan döyüş tapşırıqlarının həmişə uğurla yerinə yetirilməsinə nail olub. Respublikamızın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak edərək hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə, şəxsi mərdlik və igidlik nümunələri göstərdiyinə görə o, ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib. Bütün şəhidlərimiz kimi E.Şirinovun da xatirəsi həmişə əziz tutulur, ailəsi daim diqqət mərkəzindədir.

İsmayıllı rayon icra hakimiyyətinin başçısı Nahid Bağırov İsmayıllı rayonunun sakinlərinin bu gün də Müzəffər Ali Baş Komandanın hər bir əmrinə, çağırışına hazır olduqlarını, qələbə əhval-ruhiyyəsi ilə yaşadıqlarını, bundan sonra da Vətənə, xalqa, dövlətə sədaqətlə xidmət edəcəklərini, şəhid ailə üzvlərinə, müharibə iştirakçılarına, qazilərə bundan sonra da qayğı ilə yanaşılacağını, onların istənilən problemlərinin həllində yardımçı olacaqlarını bir daha qeyd edib.

Müdafiə Nazirliyinin rəhbərliyinə gənc nəslin vətənpərvərlik ruhunda təbliğ edilməsi istiqamətində rayonda keçirilən tədbirlərə həmişə yüksək dəstək verdiyinə görə minnətdarlığını bildirib.

Şəhid E.Şirinovun ölümündən sonra təltif olunduğu daha iki medal - “Cəbrayılın azad olunmasına görə” və “Zəngilanın azad olunmasına görə” medalları da şəhidin ailəsinə təqdim edilib.

Vətən müharibəsi qazisi İlyar Salmanovun şəhidin məzarı önündə dayanaraq dostuna döyüşdə olanları bir daha xatırlatması, Azərbaycanın düşmən üzərində qələbə çalması ilə onların arzularının çin olması müjdəsini dostuna verməsi və yaralı olmasına baxmayaraq bu gün də Müzəffər Ali Baş Komandanın əmrlərinə hazır olduğunu bəyan etməsi hər kəsdə duyğulu və qürurverici anlar yaşadıb.

İvanovka kənd tam orta məktəbinin direktoru Əfqan Soltanov yetirmələri olan oğullarla fəxr etdiklərini, məktəblərinin məzunlarının bütün cəbhələrdə qəhrəmanlıqla vuruşduqlarını, E.Şirinovun ən yüksək zirvəyə, şəhidlik məqamına yüksəldiyini qürur hissi ilə tədbir iştirakçılarına çatdırıb.

İvanovka məktəbinin Azərbaycan və rus bölmələrinin şagirdləri hər iki dildə möhtəşəm Zəfərə, şəhidlərə həsr olunmuş şeirlər söyləyiblər.

Bakı, Şamaxı, Ağcabədi, Astara, Qəbələ, Oğuz, Zaqatala, Balakən və digər şəhər və rayonlardan gələn şəhidin döyüşçü dostları məzar qarşısında şəhidlərimizin intiqamını döyüş meydanlarında aldıqlarını qeyd edib. Bu gün də, sabah da Azərbaycan uğrunda hər bir əmrə hazır olacaqlarına and içiblər.

Şəhidin dayısı Nəsrəddin İsayev göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidentinə, Müdafiə Nazirliyinin rəhbərliyinə və ziyarətçilərə minnətdarlıq edib.

Şəhidin atası Fazil Şirinov və anası Əfruz xanım isə “Bu diqqət və qayğını gördükdən sonra nə ixtiyarımız var ki, “Vətən sağ olsun!” deməyək, oğlumuz Vətən uğrunda şəhid olub, qoy Vətənimiz daha da çiçəklənsin, bayrağımız daha da ucalarda dalğalansın”, - deyiblər.

Günün ikinci yarısında şəhid əsgər Aqil Mirzəliyevin doğum günü münasibətilə onun dəfn edildiyi İsmayıllı şəhər Şəhidlər xiyabanında xatirə mərasimi keçirilib.

Buradakı tədbirdə də polkovnik A.Qurbani şəhidin 21 illik ömür yolu haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib.

A.Mirzəliyev 1999-cu il avqustun 27-də İsmayıllı şəhərində anadan olub. Orta məktəbdə oxuduğu illərdə nizam-intizamı, istedadı və qabiliyyəti ilə həmişə seçilib. Respublika fənn olimpiadalarında, intellektual yarışmalarda, müsabiqələrdə fərqlənib. Orta məktəbi müvəffəqiyyətlə bitirdikdən sonra qəbul imtahanlarından 613 bal toplayaraq Azərbaycan Dövlət İqtisad Universitetinə daxil olub və oranı da yüksək nəticələrlə başa vuraraq müddətli həqiqi hərbi xidmətə yollanıb.

Vətən müharibəsinin ilk günündən Murovdağın zirvələri uğrunda döyüşlərə qatılıb. Sonra Füzuli, Xocavənd rayonlarının bir çox yaşayış məntəqələrinin işğaldan azad edilməsi uğrunda döyüşlərdə fəal iştirak edib. Xidməti vəzifələrinin öhdəsindən layiqincə gəlib. Oktyabrın 20-də Xocavənd rayonunun Hadrut qəsəbəsinin Tuğ kəndinə çıxışındakı yüksəklikdə xidməti vəzifəsini yerinə yetirərkən qəhrəmancasına şəhid olub. Bütün şəhidlərimiz kimi A.Mirzəliyevin də intiqamı tezliklə və artıqlaması ilə düşməndən alınıb. Şəhidin qanına boyanan bayrağı döyüşçü dostları Şuşada Gəncə qapısına sancıblar.

Bədii qiraət ustası Pünhan İsmayıllının alovlu çıxışı tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.

İsmayıllı rayon icra hakimiyyətinin başçısı N.Bağırov Vətənə Aqil kimi vətənpərvər oğul, ordumuza isə Aqil kimi cəsarətli, mübariz, igid əsgər bəxş etdikləri üçün şəhidin valideynlərinə minnətdarlıq edib.

İcra başçısı çıxışını Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın avqustun 26-da Abşeron rayonunda şəhid ailələrinə, müharibə əlillərinə və Vətən Müharibəsi qəhrəmanlarına mənzillərin və avtomobillərin təqdim olunması mərasimində Müzəffər Ali Baş Komandanın sözləri ilə yekunlaşdırıb: “Mən bir daha şəhidlərimizin əziz xatirəsini yad edərək deməliyəm ki, siz - onların yaxınları onlarla fəxr edirsiniz. Haqlı olaraq fəxr edirsiniz. Bütün Azərbaycan xalqı şəhidlərimizlə, hərbçilərimizlə fəxr edir. Şəhidlərimizin əziz xatirəsi bizim ürəyimizdə əbədi yaşayacaqdır”.

Şəhidlər xiyabanında keçirilən xatirə mitinqindən sonra şəhid A.Mirzəliyevin yaşadığı İsmayıllı şəhər, Babək küçəsi, 2 ünvanındakı evinə xatirə lövhəsi vurulub, onun xatirə muzeyi açılıb. Ölümündən sonra layiq görüldüyü “Kəlbəcərin azad olunmasına görə” medalı ailəsinə təqdim edilib. Məzunu olduğu Azərbaycan Dövlət İqtisad Universitetinin nümayəndə heyəti ilə görüş keçirilib. Şəhər məktəbliləri ədəbi-bədii kompozisiya ilə çıxış edib, qəhrəmanın döyüş yolunu əks etdirən videoçarx nümayiş olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Xaçmazda iki avtomobil toqquşub, üç nəfər ağır xəsarət alıb

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanlarını və Zəfər parkını ziyarət edib

Naxçıvanda şəhidlərin xatirəsi anılıb

Vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

“Ceyhun həyatda ən çox güvəndiyim dostum idi” – şəhid həkimin anası

Nepalda dağda baş verən qar uçqunu nəticəsində 14 nəfər itkin düşüb

Xorvatiya müxalifəti Plenkoviç hökumətinə etimadsızlıq məsələsini parlamentə çıxarıb

Yunanıstanda seçkilər yaxınlaşdıqca siyasi rəqabət güclənir