İsmayıllıda 20 Yanvar hadisələrinin 23-cü ildönümünə həsr edilmiş silsilə tədbirlər keçirilmişdir
İsmayıllı, 20 yanvar (AZƏRTAC). İsmayıllı rayon mədəniyyət evində 20 Yanvar faciəsinin iyirmi üçüncü ildönümünə həsr olunmuş yığıncaq keçirilmişdir.
Yığıncaqda faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, hadisələrin səbəbləri və nəticələri ilə əlaqədar məruzə dinlənilmiş, çıxışlar olmuşdur.
Qeyd edilmişdir ki, 20 Yanvar qətliamı xalqımızın azadlıq uğrunda dinc mübarizəsinə qarşı yönəldilmiş, xaincəsinə təşkil olunmuş bir qəsd idi. Bu qəsd həm də tarixdə sivil dünyaya, insanlığa yaraşmayan bir vəhşilik kimi qalacaqdır.
Tədbirdə Azərbaycanın informasiya blokadasına salındığı bir vaxtda ulu öndərimiz Heydər Əliyevin Moskvadakı Azərbaycan nümayəndəliyində keçirdiyi mətbuat konfransında verdiyi bəyanatdan, törədilən cinayətə qarşı ümummilli liderimizin haqq səsinin dünya ictimaiyyətinə çatdırılmasının böyük əhəmiyyətindən geniş danışılmışdır.
Çıxış edənlər 20 Yanvar hadisələrinin xalqımızın azadlığı uğrunda mübarizəsinin qanlı tarixi olduğunu vurğulamışlar.
Tədbirdə rayon mədəniyyət işçilərinin hazırladıqları ədəbi-bədii kompozisiya nümayiş etdirilmişdir.
Həmin gün Heydər Əliyev Mərkəzində 20 Yanvar faciəsinin iyirmi üçüncü ildönümü münasibətilə təşkil olunan silsilə tədbirlər çərçivəsində keçirilmiş məktəblilərin inşa yazı müsabiqəsinin, habelə gənclər arasında şahmat və cüdo idman yarışlarının qaliblərinə mükafatlar təqdim olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.01.2026 [14:31]
Peru mətbuatı 20 Yanvar faciəsini işıqlandırıb
- 20.01.2026 [18:35]
Hər il bu gün hava "qan ağlayır" – REPORTAJ VİDEO
- 20.01.2026 [18:00]