İSMAYILLIDA AĞIR YOL-NƏQLİYYAT QƏZASI BAŞ VERMİŞDİR
AZƏRTAC xəbər verir ki, İsmayıllı rayonunun Külüllü kəndi ərazisində Qubadlı rayon sakini Əliağa Əhmədovun idarə etdiyi “Qaz-53” və Şəki şəhər sakini Elçin Məmmədova məxsus “Ford” markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə, E.Məmmədovun sərnişinlərindən Şəki şəhər sakini Gülnar Babayeva hadisə yerində ölmüş, xəsarət almış E.Məmmədov və digər sərnişini Çimnaz Abdullayeva xəstəxanaya yerləşdirilmişlər.
Dəvəçi rayonunun Ağalıq kəndi ərazisində isə Bakı şəhər sakini Ceyhun Hüseynov idarə etdiyi “VAZ-2107” markalı avtomaşını aşırmışdır. Nəticədə, sərnişini - Bakı şəhər sakini Elşad Əliyev hadisə yerində ölmüş, C.Hüseynov isə xəstəxanaya aparılmışdır.
Hər iki faktla bağlı cinayət işi açılmışdır, təhqiqat aparılır.