İsmayıllıda süni örtüklü meydança istifadəyə verilib
Bakı, 15 dekabr, AZƏRTAC
AFFA-nın icraçı vitse-prezident Elxan Məmmədov dekabrın 15-də İsmayıllıda olub. Onu səfər zamanı futbol veteranı Vəli Qasımov müşayiət edib.
AZƏRTAC xəbər verir ki, E.Məmmədov İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırovla birlikdə rayon ərazisində AFFA tərəfindən inşa edilən süni örtüklü meydançanın açılışında iştirak edib.
İsmayıllını təmsil edən müxtəlif uşaq komandalarının üzvlərinə AFFA tərəfindən idman geyimləri, çanta, top hədiyyə olunub.
E.Məmmədov, N.Bağırov və V.Qasımov uşaqlarla birgə futbol oynayıb.