İsmayıllının fındıq bağlarından 300 ton məhsul gözlənilir
İsmayıllı, 2 sentyabr, AZƏRTAC
İsmayıllı rayonunun fındıq bağlarında məhsul yığımına başlanılıb.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, qısa vaxtda bağlardan 168 ton fındıq yığılıb. Fermerlər və fiziki şəxslər toplanan məhsulu birbaşa satışa çıxarırlar.
Qeyd edək ki, İsmayıllının torpaq-iqlim şəraiti fındıqçılığın inkişafı üçün çox əlverişlidir. Son illər bölgədə yeni fındıq bağlarının salınması istiqamətində ciddi işlər görülüb və görülməkdədir. Hazırda bağların sahəsi 2019 hektara çatdırılıb ki, bunun da 2004 hektarı 2016-cı ildən sonra salınıb. Rayonda 87 hektar barverən fındıq bağı var. Ötən il bağlardan 281 ton fındıq götürən bağ sahibləri cari ildə bu göstəricinin 300 tona çatacağını gözləyirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]