İspaniya kral kuboku: “Barselona” komandası “Sevilya”nı böyük hesabla məğlub edib
Bakı, 31 yanvar, AZƏRTAC
Yanvarın 30-da futbol üzrə İspaniya kral kubokunun dörddəbir final mərhələsində “Barselona” və “Sevilya” klubları qarşılaşıblar.
AZƏRTAC xəbər verir ki, ilk oyunda səfərdə “Sevilya”ya 0:2 hesabı ilə məğlub olan kataloniyalılar “Nou Kamp” stadionunda böyük hesabla qalib gəliblər - 6:1. “Barselona”nın heyətində Filippe Koutinyo (13 p, 53), İvan Rakitiç (31), Sergi Roberto (54), Luis Suares (89), Lionel Messi (90) fərqləniblər. “Sevilya”nın yeganə qolunu isə matçın 67-ci dəqiqəsində Gilyerme Arana vurub.
Bu qələbədən sonra “Barselona” İspaniya kral kuboku turnirinin yarımfinal mərhələsinə vəsiqə qazanıb. İndiyədək “Valensiya” və “Real Betis” yarımfinala vəsiqəni təmin ediblər. Dörddəbir final mərhələsinin sonuncu görüşündə “Real Madrid” ilk görüşdə “Santiaqo Bernabeu”da 4:2 hesabı ilə məğlub etdiyi “Girona” ilə qarşılaşacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [21:36]
Azərbaycan millisinin üzvü "Şamaxı"da
- 10.06.2026 [20:07]
"Turan Tovuz" Filip Ozobiçlə vidalaşıb
- 10.06.2026 [17:22]
Dünya çempionatı: Türkiyə millisinin ilk oyununun baş hakimi açıqlanıb
- 10.06.2026 [17:14]
Premyer Liqaya yüksələn klub daha 3 futbolçu ilə vidalaşıb
- 10.06.2026 [16:19]