İSPANİYA NÜMAYƏNDƏ HEYƏTİ BAKIDAN RAZI QALDI
Bakı, 25 aprel (AZƏRTAC). İyunun 9-da Bakıda Azərbaycan və İspaniya milli futbol komandaları arasında yoldaşlıq oyunu keçiriləcək. Bununla əlaqədar, İspaniya Futbol Federasiyasının nümayəndələri - Yığma Komandalar Departamentinin meneceri Silviya Dorşnerova Veys və İspaniya Futbol Federasiyasının səyahət üzrə meneceri Antonio Limones Peres ölkəmizdə səfərdə olmuşlar.
Qonaqlar paytaxtımızda olduğu müddətdə oyunun keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionuna baxış keçirmiş, komandalarının məskunlaşacağı hotelin seçimi ilə məşğul olmuşlar.
Yığma komandalar departamentinin meneceri Silviya Dorşnerova Veys Azərbaycanı çox bəyəndiklərini söylədi. Səfər təəssüratlarının bölüşən Veys dedi ki, “AFFA-nın rəhbərliyi bu müddətdə bizə kömək etdi” və göstərdikləri yardıma görə təşəkkürünü bildirdi.
İspaniya Futbol Federasiyasının səyahət üzrə meneceri Antonio Limones Peres isə bunları söylədi:
-Gözəl ölkəniz var. Düzdür, futbolunuz barədə geniş məlumatım yoxdur. Stadion mənim xoşuma gəldi. Hesab edirəm ki, Azərbaycan millisi ilə oyun “Konfederasiyalar Kuboku” ərəfəsində İspaniya yığmasına çox xeyir verəcək.
Qeyd edək ki, İspaniya millisi iyunda CAR-da “Konfederasiyalar Kuboku” turnirində iştirak edəcək. Azərbaycan yığması ilə oyun bu turnirə hazırlıq məqsədi daşıyır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [14:29]
Azərbaycanın gimnastika komandası Avropa çempionatının finalına yüksəlib
- 15.10.2026 [13:26]
Azərbaycanda ilk dəfə “Oceanman” beynəlxalq üzgüçülük yarışı keçiriləcək
- 15.10.2026 [13:07]
Vidadi Rzayev: "Qarabağ" – "Neftçi" derbisində favorit görmürəm
- 15.10.2026 [12:43]
Azərbaycan futzal millisinin oyunu ilk dəfə Lənkəranda keçiriləcək
- 15.10.2026 [12:37]
Erlinq Haaland Çempionlar Liqasında bir neçə rekorda imza atıb
- 15.10.2026 [11:51]
Azərbaycan klubu braziliyalı voleybolçunu heyətinə qatıb
- 15.10.2026 [11:21]
Azərbaycan dünya çempionatında 9 boksçu ilə təmsil olunacaq
- 15.10.2026 [11:20]