İspaniyada 8 milyon insan yenidən komendant saatı rejimində yaşayır
Madrid, 18 iyul, AZƏRTAC
İspaniyada məzuniyyətlər mövsümünün başlanması COVID-19-a yoluxma hallarının artması ilə müşahidə olunub.
AZƏRTAC xəbər verir ki, İspaniyada 8 milyon insan yenidən komendant saatı rejimində yaşayır, çünki “delta” ştamı ölkədə sürətlə yayılır, xüsusilə də gənclər arasında. Beləliklə, yaşayış yerinin tərk edilməsinə qadağa artıq krallıq əhalisinin 16,9 faizinə şamil edilir (hər altıncı insan).
Kataloniya, Kantabriya, Valensiya məhkəmələri komendant saatının 01.00-dan 06.00-dək tətbiqini təsdiq ediblər. Navarranın səlahiyyətliləri də təxminən bütün ərazidə komendant saatının tətbiq edilməsi üçün məhkəmə qərarı ilə bağlı müraciət ediblər.
Ekspertlər İspaniyada virusun yayılmasının qarşısını almaq üçün əlavə tədbirlər görməyə və yalnız uğurla keçirilən vaksinasiya kampaniyasına etibar etməməyə çağırırlar. Vaksinin tam dozasını ölkə əhalisinin təxminən yarısı alıb.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [19:07]
Belçika şirkətləri kiberhücumlarla daha çox üzləşirlər
- 16.10.2026 [19:07]
Aİ və Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirmək niyyətindədir
- 16.10.2026 [18:23]
Çexiyada Senata seçkilərin ikinci turu keçirilir
- 16.10.2026 [18:19]
Efiopiyada Tiqray bölgəsinə altı aylıq keçid administrasiyası yaradılıb
- 16.10.2026 [17:04]
İtaliya və İspaniya sərhəd yoxlamalarını ləğv etməyə hazırlaşır
- 16.10.2026 [17:00]