İspaniyada idman mərclərində fırıldaqçılığa qarşı mübarizə üzrə komissiya yaradılır
Madrid, 17 iyul, AZƏRTAC
İspaniya Maliyyə Nazirliyi bukmeker kontorlarında fırıldaqçılığa qarşı mübarizə üzrə Milli Komissiyanın yaradıldığını açıqlayıb.
Maliyyə naziri vəzifələrini icra edən Mariya Xesus Monteronun sözlərinə görə, bu sahədə korrupsiya idman dəyərlərini heçə endirir, azarkeşləri uzaqlaşdırır.
Komissiyaya idman məmurları, polis və mülki qvardiya nümayəndələri daxil olacaq. İdman dünyasında böyük nüfuzu olan insanları cəlb etmək də planlaşdırılır.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [13:03]
“Borussiya Dortmund”un Bakıya gəliş tarixi bəlli olub
- 16.10.2026 [11:09]