İspaniyanın Seuta ərazisinə keçən on minlərlə miqrant könüllü olaraq Mərakeşə qayıdıb
Bakı, 1 avqust, AZƏRTAC
İspaniyanın Seuta ərazisinə keçən on minlərlə miqrant könüllü olaraq Mərakeşə qayıdıb. Bu axın Şimali Afrika şəhərində xaos yaratdıqdan və Avropada miqrasiya müzakirələrini yenidən alovlandırdıqdan bir gün sonra baş verib. Hadisələr zamanı ən azı 57 miqrant həlak olub.
AZƏRTAC xarici mediaya istinadən xəbər verir ki, Seutanın mer-prezidenti Xuan Xesus Vivas miqrantların sayını 60 min nəfər olaraq açıqlayıb ki, bu da ərazinin əhalisinin 70 faizi deməkdir. Lakin İspaniya hökuməti bildirib ki, bu qədər insanın qəfil gəlməsi humanitar böhran yaratdıqdan sonra onların əksəriyyəti tezliklə geri qayıdıb.
Dənizdə bir neçə mil üzərək quruya çıxan bəzi miqrantlar su şırnaqları, gözyaşardıcı qaz və xəbərdarlıq atəşi ilə onları geri qaytarmağa çalışan hakimiyyət orqanları ilə üzləşiblər.
Mərakeşdən olan miqrantlar İspaniyanın digər ərazisi Melillaya da keçməyə cəhd ediblər. Burada da polis ilə toqquşma baş verib.
Madriddə isə yüzlərlə insan Mərakeş səfirliyinin qarşısına toplaşaraq miqrantların Seutaya axınına etiraz edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [14:00]
Gürcüstan ilə Avropa Şurası arasında münasibətlər yenidən gərginləşə bilər
- 21.09.2026 [13:08]
Misirdə müxtəlif dövrlərə aid qədim məzarlar aşkarlanıb
- 21.09.2026 [12:18]
İran aviaşirkətləri Gürcüstana uçuşları dayandırıb
- 21.09.2026 [12:16]
"Vahid Rusiya" ilk dəfə Dövlət Dumasında ən böyük fraksiyaya sahib olacaq
- 21.09.2026 [12:12]
SEPAH ABŞ-yə məxsus MQ-1 pilotsuz uçuş aparatının vurulduğunu açıqlayıb
- 21.09.2026 [11:56]