İSRAİL BOMBARDMANLARI “HİZBULLAH”I NECƏ MÜSƏLMANLARIN İFTİXAR RƏMZİNƏ ÇEVİRDİ
Ziyalı, xarizmatik və təcrübəli insan olan Nəsrulla “Hizbullah” tərəfindən çoxillik partizan müqaviməti nəticəsində İsrail öz qoşunlarını 2000-ci ilin mayında cənubi Livandan çıxardıqdan sonra sanki öz nüfuzunun ən yüksək pilləsinə qalxmışdır. Son yarım əsrdə başqa ərəb liderlərindən heç biri buna nail olmamışdır.
İndi, İsrail öz əsgərlərindən ikisinin girov götürülməsinə cavab olaraq Livana qarşı müharibəyə başladığı bir vaxtda Nəsrulla bütün müsəlman dünyasında yəhudi dövlətinə müqavimətin rəmzinə çevrilmişdir. Öz liderlərinin süstlüyünü, korrupsiya bataqlığına yuvarlandığını və səriştəsizliyini dərk edən ərəblər “Hizbullah” döyüşçülərinin qətiyyətini ürəkdən alqışlayırlar.
Nəsrulla “Hizbullah”a 31 yaşında, 1992-ci ildə İsrail vertolyotu onun müəllimi və sələfi Abbas Massəvini öldürdükdən sonra rəhbərlik etməyə başlamışdır. İsrail aviasiyası Nəsrullanın evini və ofisini dəfələrlə bombalayaraq, onun özünü də məhv etməyə çalışmışdır.
Beləliklə, indi onun üçün lazım olan yeganə bir şey varsa, o da sağ qalıb, bütün ərəb dünyasının qəhrəmanı olmaq imkanı qazanmaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [14:09]
İsveçdə işsizlik səviyyəsi azalıb
- 15.10.2026 [14:03]
Ukrayna ordusu altı bombardmançı təyyarəni məhv edib
- 15.10.2026 [13:56]
Türkiyənin Konstitusiya Məhkəməsi 26 siyasi partiyadan şikayətlər verəcək
- 15.10.2026 [13:50]
Alimlər 2100-cü ilədək bəşəriyyət üçün ən böyük 17 təhlükəni açıqlayıblar
- 15.10.2026 [13:05]
Eritreya vətəndaşlarının Böyük Britaniyaya girişi qadağan edilə bilər
- 15.10.2026 [12:42]