İsrail ordusu Qəzzada yerüstü əməliyyatlar zamanı 91 hərbçisini itirib
Bakı, 8 dekabr, AZƏRTAC
İsrail ordusu Qəzza sektorunda HƏMAS-la döyüşlərin gedişində 91 hərbçisini itirib.
AZƏRTAC xəbər verir ki, SAXAL-ın mətbuat xidmətinin məlumatına görə, dekabrın 7-də Qəzza sektorunda İsrail ordusunun daha iki hərbçisi öldürülüb. Onlardan biri Fələstin eksklavının şimalında, digəri isə cənubunda həlak olub.
İsrail ordusunun oktyabrın 7-dən bəri HƏMAS hərəkatı ilə döyüşlərdə 400-dən çox hərbçisini itirdiyi bildirilir.
Xatırladaq ki, noyabrın 24-də Misir və Qətərin vasitəçiliyi ilə HƏMAS və İsrail arasında dörd günlük humanitar atəşkəs əldə olunmuşdu. Razılaşmaya əsasən, İsrail həbsxanalarındakı fələstinli yeniyetmə və qadınların azad edilməsi müqabilində Qəzza sektorunda saxlanılan bir qrup girov azadlığa buraxılmışdı. Atəşkəs rejimi eyni şərtlərlə noyabrın 27-də daha iki gün uzadılmışdı.
Dekabrın 1-də İsrail ordusu HƏMAS hərəkatını atəşkəsi pozmaqda ittiham edərək Qəzzada yenidən hərbi əməliyyatlara başlayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [18:52]
Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb
- 10.06.2026 [18:15]
ABŞ-də Günəş enerjisi ilə elektrik enerjisi istehsalı kömürü üstələyib
- 10.06.2026 [17:42]
Temperaturun kəskin dəyişməsi yeni reallığa çevrilir
- 10.06.2026 [17:14]
Avropalıların yalnız 11 faizi ABŞ-ni müttəfiq hesab edir - ECFR sorğusu
- 10.06.2026 [17:05]