İsraildə Azərbaycanın Dövlət Bayrağı Günü qeyd olunub
Bakı, 11 noyabr, AZƏRTAC
İsrailin Xadera şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününə həsr edilən bayram konserti olub. Konsert İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının (Azİz) Or-Akiva şəhərində yerləşən şöbəsinin rəhbəri Lev Xaimov tərəfindən hazırlanıb.
AZƏRTAC “Azİz”in mətbuat xidmətinə istinadla xəbər verir ki, xüsusi olaraq bayram tədbirində iştirak etmək üçün Azərbaycanın populyar müğənniləri - Pərviz Bülbülə, Elvin Babazadə və Ülviyyə Babayeva İsrailə gəliblər. Müğənniləri İsrailin ən yaxşı musiqiçiləri - vaxtilə Azərbaycanda yaşamış klarnet ifaçısı Vüqar Sultanov, gitaraçalan Rafiq Əsədov, klavişdə Emin Azəri, qarmonda Vahid Quliyev müşayiət ediblər.
“Azİz”in direktorlar şurasının üzvü Şaul Siman-Tov tədbirin sonunda deyib: “Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü bayramında iştirak etmək istəyənlərin hamısı zala sığmasa da, konsertin canlı yayımını 5 minədək tamaşaçı izləyib”.
İsrail Dövlətinin Azərbaycan Respublikasındakı səfirliyi tədbirin təşkilinə böyük dəstək göstərib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.06.2023 [11:42]
Azərbaycan bəstəkarının dərsliyi Almaniyada nəşr olunub
- 19.06.2023 [07:12]
Azərbaycanlı vokalçı beynəlxalq müsabiqədə çıxış edəcək
- 03.04.2023 [15:26]
“Şuşanın tanınmış soyları”: Mirzə Sadıqcan
- 03.04.2023 [15:14]
Filarmoniyada Abonement konsertlər təşkil edilib
- 30.03.2023 [15:25]
Qara Qarayevin 105 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib
- 30.03.2023 [14:57]