İsrailin Baş naziri ölkəsinin NATO ilə əlaqələri inkişaf etdirmək istədiyini bəyan edib
Bakı, 8 sentyabr, AZƏRTAC
İsrail NATO ilə münasibətlərinin səviyyəsini müsbət qiymətləndirir və onunla qarşılıqlı əlaqələrin daha da inkişaf etdiriləcəyini gözləyir.
AZƏRTAC xəbər verir ki, bu sözləri İsrailin Baş naziri Benyamin Netanyahu İsrailə səfərə gəlmiş Alyansın Baş katibinin müavini Mirça Coana ilə görüşündən sonra deyib.
"Mən köhnə dostumu, hazırda NATO-nun Baş katibinin müavinini görməkdən çox məmnunam. Bizim NATO ilə əla münasibətlərimiz və əla əməkdaşlığımız var, onu daha da genişləndirməyi səbirsizliklə gözləyirəm", - deyə Baş nazir söyləyib.
"Bizim regionumuza sülh gətirmək üçün əla imkanlarımız var, lakin biz əsasən, İrandan, həm də digər cəbhələrdə böyük problemlərlə üzləşirik", - deyə Netanyahu əlavə edib.
NATO rəsmisi bildirib ki, onun İsrailə səfəri Alyansla İsrail dövləti arasında çox güclü tərəfdaşlıq çərçivəsində yeni başlanğıcı qeyd etmək məqsədi daşıyır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [12:33]
Çində robotlar arasında basketbol yarışı keçiriləcək
- 30.09.2026 [12:06]
Fransada alıcılıq qabiliyyəti kəskin zəifləyir
- 30.09.2026 [10:50]
Paris prokurorluğu 2027-ci il büdcəsi ilə bağlı mətbuata sızmaları araşdırır
- 30.09.2026 [07:38]
ABŞ Kubaya qarşı sanksiyaları sərtləşdirib
- 30.09.2026 [07:03]
Pentaqon “Boeing” şirkəti ilə 20 milyard dollarlıq müqavilə imzalayıb
- 30.09.2026 [06:31]