İstanbul Azərbaycan Dərnəyi Qanlı Yanvar faciəsinin 23-cü ildönümü ilə əlaqədar bəyanat yaymışdır
İstanbul, 20 yanvar (AZƏRTAC). İstanbul Azərbaycan Dərnəyi Qanlı Yanvar faciəsinin 23-cü ildönümü ilə əlaqədar bəyanat yaymışdır.
Bəyanatda bildirilir ki, torpaqlarının müdafiəsi və müstəqillik uğrunda meydanlara çıxan Azərbaycan xalqı 1990-cı il yanvarın 20-də Sovet ordusunun dəhşətli qətliamına məruz qalmışdır. Bu faciə, eyni zamanda, suveren Azərbaycan dövlətinin təməlini qoydu. Gündən-günə çiçəklənən və inkişaf edən dövlətimiz dünya durduqca yaşayacaqdır.
Dərnəyin bəyanatında o da vurğulanır ki, türklərə qarşı saxta “soyqırımı” iddialarını müdafiə edən imperialist güclər ilk növbədə ermənilərin Azərbaycanda törətdikləri 20 Yanvar, Xocalı və 31 mart soyqırımı aktlarına hüquqi qiymət verməlidirlər. Biz beynəlxalq təşkilatları bu məsələdə tərəfsiz və ədalətli olmağa dəvət edirik.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.01.2026 [14:31]
Peru mətbuatı 20 Yanvar faciəsini işıqlandırıb
- 20.01.2026 [18:35]
Hər il bu gün hava "qan ağlayır" – REPORTAJ VİDEO
- 20.01.2026 [18:00]