İSTANBULDA TİCARƏT VƏ SƏRMAYƏ İLƏ BAĞLI GÖRÜŞ KEÇİRİLMİŞDİR
Görüşdə Azərbaycanı Xəzər Universitetinin iqtisadiyyat və menecment fakültəsinin əməkdaşı Nağı Bayramlı təmsil etmişdir.
Universitetdən AZƏRTAC-ın müxbirinə demişlər ki, görüş İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının İnkişaf Mərkəzi və Dünya Bankının xarici sərmayələr üzrə məsləhət xidməti tərəfindən təşkil olunmuşdur. Görüşdə Azərbaycan, Qazaxıstan və Özbəkistanın dövlət iqtisadi qurumlarını, iqtisadiyyat sahəsində fəaliyyət göstərən müstəqil təşkilatları və özəl təhsil ocaqlarını təmsil edən mütəxəssislər fikir mübadiləsi aparmışlar.
Tədbirdə Qafqaz və Orta Asiya ölkələrinin iqtisadi inkişafı və dünya iqtisadiyyatına tam inteqrasiya olunması sahəsində problemlər də müzakirə və təhlil olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]